Onun sözlərinə görə, 2006-cı ildən bəri cəzaçəkmə müəssisələrində müxtəlif səbəblərdən cəza çəkən qadınlar 9 uşaq dünyaya gətirib. Bunların 4-ü 2012-ci ilin payına düşür.
"Ötən il cəzaçəkmə müəssisələrində 4 uşaq dünyaya gəlib. Ümumilikdə belə hadisələr az olur, çox olmur. Elə illər də olur ki, ümumiyyətlə belə hal qeydə alınmır", - Mehdiyev açıqlayıb.
General-mayor onu da qeyd edib ki, bu illər ərzində Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tabeliyindəki müəssisələrdə qeydə alınan doğuş zamanı bircə dəfə də olsun nə ana, nə də uşaq ölümü faktı baş verməyib.
"Uşaq doğulandan sonra cəza çəkən qadın müalicə müəssisəsindən yenidən cəzaçəkmə müəssisəsinə göndərilir. Qadınlar üçün xüsusi cəzaçəkmə müəssisəsində həmin qadınlar üçün xüsusi şərait yaradılır. Orada həm qadınlar, həm də yeni doğulmuş uşaqlar tam tibbi nəzarətə götürülür və lazım olan tibbi yardımla təmin edilirlər. Əgər həmin qadınlar istəsələr, orada övladları ilə birgə uşağın 3 yaşı tamam olanadək saxlanıla bilərlər. Lakin qadın istəməsə, o, uşağı ailə üzvlərinə də verə bilər. Lakin 3 yaşınadək uşağın cəzaçəkmə müəssisəsində ana ilə birgə qalmaq hüququ var. Hazırda orada bir neçə uşaq var", - idarə rəisi əlavə edib.