Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakçı İraq XİN-inə çağırılıb və ona etiraz notası verilib.
Türkiyə KİV-ə istinadən xəbər verir ki, İraq XİN sözçüsü Ahmet Camal açıqlamasında bildirib ki, Başikada türk qoşunlarının saxlanılması ilə bağlı səfirə sərt üslübda yazılmış nota təqdim edilib.
Xatırladaq ki, ötən həftə İraqın Ankaradakı səfiri Türkiyə XİN-inə çağırılmış və ona da nota verilmişdi.