MDB-yə üzv ölkələr dinc məqsədlər üçün kosmosdan istifadə üzrə yeni saziş hazırlayırlar. Saziş özündə Kosmos üzrə Dövlətlərarası Şura yaradılması ideyasını ehtiva edir.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Aerokosmik Komitəsinin (Kazkosmos) sədri Yerkin Şaymaqambetov Almatıda keçirilən MDB ölkələrinin icra hakimiyyəti orqanları nümayəndələrinin kosmik sektorda əməkdaşlığa dair yeddinci iclasının yekununda məlumat verib.
"Kazkosmos" rəhbərinin sözlərinə görə, bu saziş 1992-ci ilin anlaşmasını əvəz edəcək. Yeniliklərdən biri isə MDB ölkələrində Kosmos üzrə Dövlətlərarası Şuranın yaradılması ola bilər.