Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında “Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: konkret və genişlənmiş öhdəliyə doğru” qətnamə layihəsi ətrafındda müzakirələr aparılıb.
Bu mövzu ətrafında müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımından danışıb:”Bu qərar layihəsinin məqsədi soyqırımlar, insanlıq əlehinə cinayətlər, müharibə cinayətlərinin qarşısını almaq, bunları törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaqdır. Mənim və mənim kimi minlərlə azərbaycanlının bəzilərinin ailə üzvləri, qohumları, bəzilərinin döstları Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı qətlə yetiriliblər. Və biz insanlıq əlehinə cinayətlər, savaş cinayətləri törədənlərin ədalər qarşısında cavab verməsini ən çox dsətəkləyən ölkə və xalqlardan biriyik. AŞPA-da bir çox qərarlar alınır amma yenə də soyqırımlar, insanlıq əlehinə cinayətlər, müharibə cinayətlərinin şahidi oluruq. Ona görə də AŞPA sadəcə qərarlar qəbul etməklə kifayətlənməmlidir. Qəbul etdiyi qərarların həyata keçirilməsi məsələsinə ciddi diqqət yetirməlidir. Belə olarda bir çox cinayətlərin qarşısını zamanında almaq mümkün ola bilər və ya bu cür cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsini təmin etmək mümkün ola bilər. Bir öncəki müzakirələr zamanı burada bu fikir yenidən səsləndi. AŞPA prinsiplərinə görə təşkilata üzv olan bir ölkə digərinin torpaqlarını işğal edə və işğalda saxlaya bilməz.
Bunu edən ölkəyə qarşı ciddi tədbirlər görülməlidir. Amma Azərbaycan torpaqlarının 20 fazini 20 ildən artqdır ki işğal altında saxlayan Ermənistana qarşı Avropa Şurası tərəfindən heç bir ciddi addımlar atılmır. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək, 20 mindən çox azərbaycanlını qətlə yetirib, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırım törədib, on minlərlə insan bədən üzvlərini, sağlamlığını itirib, 1 milyon azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və öz evinə dönə bilmir. Bu dəhşətləri törədən, BMT və AŞPA qətnamələrini yerinə yetirməkdən imtina edən Ermənistana qarşı isə heç bir ciddi addımlar atılmır bu təşkilatlar tərəfindən. Ermənistan Xocalıda bir gecədə çoxu qadın,uşaq, yaşlı olmaqla 613 insana qarşı dəhşətli bir soyqırım həyata keçirdi, yüzlərlə azərbaycanlı əzir, girov götürüldü, işgəncə verildi, minlərlə insan sağlamlığını, ailə üzvlərini, evini itirdi və bu gün Xocalılar da daxil olmaqla 1 milyon azərbaycanlı köçkün öz evinə dönə bilmir və o adamlar size ədaləti müdafiə etməyə, insanlıq əlehinə bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola bilmək üçün dəstək olmağa çağırır. Çünki bi soyqırımı törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Onların bir hissəsi Ermənistanda yüksək vəzifələr tuturlar. Əsir, girov götürdükləri azərbaycanlılara qarşı işgənclər verənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ermənistanda onların hamısı dövlət səviyyəsində müdafiə edilir.
Xocalı sakini, erməni əsirliyində, girovluğunda olmuş dəyərli bir xanım, dostum və yaşadığı dəhşətləri “Səkkiz gün erməni zindanında ” adlı kitabında əks etdirən Dürdanə Ağayeva ilə söhbətim zamanı o bir şey söylədi: “mən, eləcə də bütün Xocalılar sadəcə bir şey istəyir. Ədalət! Xocalı soyqırımını, bizə qarşı bu insanlıq əlehinə cinayəti törədənlərin ədalər qarşısında cavab verməsini və öz evimizə qayıtmağı istəyirik”. Görüşdüyüm bütün Xocalılaların sizdən istəyi də sadəcə budur. Ədalət! Ədalətin müdafiəsi! Bu əslində torpaqları,evləri işğal altına düşmüş milyonlarla insanın AŞPA-ya çağırışıdır. Ədaləti ciddi müdafiə edin! Təşkilatımız qəbul etdiyi qərarların yerinə yetiriıməsi istiqamətində Ermənistana ciddi təsir etməlidir. Ədalətin bərpası bundan keçir. Ümid edirəm ki bu gün qəbul olunacaq sənəd insanlıq əlehinə cinayətlərə qarşı ciddi bir mübarizə imkanı yaradacaq və onların yerinə yetirilməsinə ciddi nəzarət edə biləcəyik.”