Bu gün FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin son iclasının protokolu açıqlanacaq.
Son dövrlər bahalaşmaqda olan dollar bugünkü hərraclarda təzyiqlə üzləşib, Böyük Britaniya funt sterlinqi isə bir neçə gün ərzində qarşılaşdığı itkilərin bir qismini kompensasiya edib.
Funt 1,28% bahalaşaraq $1,2272 səviyyəsinə yüksəlib.
Xatırladaq ki, ötən gün Britaniya valyutası $1,2086 səviyyəsində qərarlaşıb. Üstəlik, ötən gün keçirilən hərraclarda funt 31 illik minimum hesab olunan $1,1450 səviyyəsinə doğru irəliləyirdi. Buna investorların “Brexit”in krallığın iqtisadiyyatına gözləniləndən daha böyük zərər vurması ehtimalı səbəb olub. Böyük Britaniyanın baş naziri Tereza Meyinparlamentin “Brexit”lə bağlı planına dəstək verməsi funtu möhkəmləndirib.
Dolların indeksi 0,04% azalaraq hələlik 97,652 bənd səviyyəsində qərarlaşıb. Ötən gün ABŞ valyutasının indeksi 97,758 bənd səviyyəsində olub ki, bu da cari ilin mart ayından etibarən maksimum sayılır.
Dollar 0,1% artaraq 103,60 Yaponiya yeninədək bahalaşdığı halda, avro $1,1052 səviyyəsində stabilləşib.
Bu arada Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması ehtimallı bazar iştirakçıları tərəfindən 70%-dək yüksəlib.
Bu gün FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin son iclasının protokolu açıqlanacaq.