"Ola bilsin ki, bəzi adamlar müəyyən məsələlərdən istifadə edirlər. Əvvəllər məscidlər az idi, insanlar Aşura günündə küçələrə çıxırdılar, bu gün isə məscidlər çoxdur, bundan sonra da yeni-yeni məscidlər tikiləcək. Biz insanların məscidlərdə toplanaraq Allaha ibadət etməsini tövsiyə etmişdik. Bu il belə də oldu".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə deyib.
A.Paşazadə bildirib ki, bu gün sünni və şiələr bir yerdədirlər, hətta İmam Hüseynin əzadarlığında birlikdə iştirak edirlər.
A.Paşazadə qeyd edib ki, sovet dövründə Azərbaycanda 17 məscid var idisə, hazırda 2000-ə yaxın məscid var. Məscidlərin sayının artması dövlətin dinə olan münasibətinin nəticəsidir.
Aşura günü ilə əlaqədar bütün müsəlmanlara başsağlığı verən A.Paşazadə qeyd edib ki, Aşura günü müsəlmanları əzməməlidir: "Biz daha çox əzəmətli olmalıyıq. Biz düşmənə qarşı daha çox birləşməliyik, zülmə qarşı birlikdə mübarizə aparmalıyıq".
Azərbaycanda Aşura mərasimlərində iştirak edənlərin sayının artmasının səbəbini də izah edən A.Paşazadə qeyd edib ki, bu, həm də inamın artması, islama olan münasibəti, din-dövlət münasibətləri ilə bağlıdır.
Aşura günündə qanvermə aksiyasının keçirilməsinin dünyada bəyənildiyini qeyd edən A.Paşazadə bildirib ki, artıq Türkiyə və İranda da Aşura günündə qanvermə aksiyasının keçirilməsinə başlanılıb.
Azərbaycanda qeyri-islam dini icmalarının rəhbərlərinin də qan verməsini çox mühüm amil kimi dəyərləndirən A.Paşazadənin sözlərinə görə, bu gün islam yolunda qan vermək daha çox savabdır. Ona görə də məzhəbindən, dinindən asılı olmayaraq, bu gün qeyri-islam dini icmalarının xadimləri də qan veriblər: