Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Milli Məclisin deputatı Səyavuş Novruzov və bir çox dini konfessiyaların rəhbərləri Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında iştirak ediblər.
Qanvermə aksiyasına saat 7-dən start verilib.