Türkiyədə iyulun 15-də hərbi çevriliş cəhdi uğursuz olan Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülən vəliəhdini müəyyənləşdirib.
Gülən Türkiyəyə qaytarılacağı, yaxud da səhhətində problemlər yaranacağı halda onu Mehmet Əli Şengül əvəz edəcək.
Məlumata görə, ilk olaraq Gülənin ən yaxın qrupunda yer alan Mehmet Əli Şengül, Cövdət Türkyolu, Osman Şimşək və Əhməd Kurucanın adı çəkilsə də, sonradan Şengül yeni lider olaraq önə çıxıb.