Azərbaycanda "ASAN Visa" xidməti noyabrda işə başlayacaq.
Bu barədə Azərbaycan prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən MDB ölkələri Miqrasiya orqanlarının rəhbərləri Şurasının XIX iclasında deyib.
O qeyd edib ki, bu, Azərbaycana gələrkən viza alınması prosesinin rahatlığını əhəmiyyətli dərəcədə yüksəldəcək: "Azərbaycan tədricən əmək miqrantlarının axın etdiyi ölkəyə çevrilir".