Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı aparılan araşdırmalar nəticəsində 3 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib.
Bu barədə bu gün keçirilən iclasda Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.
Onun sözlərinə görə, bir seçki məntəqəsində isə referendumun nəticələri qismən etibarsız hesab edilib.
11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsində, 12 saylı Qaradağ-Yasamal-Binəqədi Seçki Dairəsinin 10 saylı seçki məntəqəsində və 68 saylı Cəlilabad Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində referendumun nəticələri tam olaraq, 64 saylı Sabirabad Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində isə qismən ləğv edilib.