Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ərdoğan: “İraqın baş naziri həddini bilsin”

Ərdoğan: “İraqın baş naziri həddini bilsin”


“ABŞ-dakı 11 sentyabr olaylarından sonra Qərbdə islam düşmənçiliyi artaraq davam edir”.



Bunu İstanbulda keçirilən 9-cu Avrasiya İslam Şurasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan bildirib ki, dünyanın bir çox yerində müxtəlif dinlərə mənsub insanlar terror aktları törədir: “Bu günə qədər buddist, yəhudi, xristian, ateist terroru anlayışına rast gəlinibmi? Bu dinlərə mənsub insanların törətdikləri terror aktları hətta adi cinayət kimi təqdim olunur. Ancaq terroru törədən müsəlmandırsa, bunu məhz islami terror kimi təqdim edirlər. Bu təqdimatda medianın da böyük rolu var. Biz bu kimi hallara qarşı mövqeyimizi ortaya qoymalı, səsimizi ucaltmalıyıq ”.



Suriya və İraqda terror təhdidinə qarşı mübarizə aparmaq üçün Türkiyənin heç kimdən icazə almasına ehtiyacı olmadığını vurğulayan R.T.Ərdoğan Türkiyənin Suriya və İraqla böyük sərhəd zolağı olduğunu xatırladıb: “Min kilometrlərlə uzaqdan özlərinə qarşı terror təhdidinin olduğunu iddia edib,Suriya və İraqa gəlirlər. Türkiyəyə bununla bağlı heç kim söz deyə bilməz. Suriyada Cerablus və Çobanbəy qəsəbələrini “Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusu ilə birgə təmizlədik. Suriyada Münbicin əhalisinin 95 faizi ərəbdir. Ora PKK terror təşkilatının Suriya qolu PYD-ni yerləşdirməyə çalışırlar. Bizə söz verdilər ki, əməliyyatdan sonra PYD oradan çıxacaq. Ancaq sözlərini yerinə yetirmirlər. Ona görə də Türkiyə öz maraqları çərçivəsində Suriyada addımlar atmağa davam edəcək. Mənə İraqın baş naziri təhqirlər yağdırır. Sən mənim tərəf-müqabilim deyilsən, mənim səviyyəmdə deyilsən, İraqda çığırıb-bağırmağın bizim üçün heç önəmli deyil, biz bildiyimizi edəcəyik. Sən kimsən? İraq baş naziri. Öncə həddini bil. Məhz İraqın razılığı ilə Mosul yaxınlığındakı Başika düşərgəsinə Türkiyə hərbçiləri yerləşdirilib. Bu gün deyirlər ki, Türkiyə hərbçilərini oradan çıxarsın. Türkiyə sizin sözünüzlə hərəkət etməyəcək”.



R.T.Ərdoğan ABŞ Konqresində 11 sentyabr olayları ilə bağlı ölkə vətəndaşlarının Səudiyyə Ərəbistanı əleyhinə məhkəmə iddiaları qaldırmasına imkan verən qanunun qəbuluna da toxunub və bununla əlaqədar İslam Əməkdaşlıq Təşkilatına sədrlik edən ölkənin rəhbəri qismində 56 üzv ölkənin prezidentinə məktub yazdığını açıqlayıb: “Biz də qanunverici orqanımızda ABŞ vətəndaşının müsəlman ölkəsində törətdiyi terror aktına görə ABŞ-ın məsuliyyət daşıdığı barədə qanun çıxara bilərik. Cinayət şəxsidir. İndi Səudiyyə Ərəbistanına qarşı ABŞ-da vətəndaşlar tərəfindən məhkəmələrə iddialar təqdim edilir. Məqsəd Səudiyyə Ərəbistanından pul qoparmaqdır. Bu məsələdə ABŞ prezidenti Barak Obama tək qaldı. Yalnız bir yaşlı hüquqşünas ona dəstək verdi, çünki hüquqşünas kimi bu işin perspektivi olmadığını bilir. 56 islam ölkəsinin bir araya gəldiyi İslam Əməkdaşlıq Təşkilatı əslində müsəlmanlara yönəlik bu addıma qarşı ortaq mövqeyini ortaya qoymalıdır”. (APA)


Teqlər:
Bu xəbər cəmi 895 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR