Ötən gecə İranın cənubunda Hörmuzqan əyalətinin Başaqard şəhərində 6,2 bal gücündə zəlzələ baş verib. Bundan sonra həmin bölgədə 8 dəfə 4,5, 4,9 və s. bal gücündə zəlzələlər qeydə alınıb.
İranın Hörmüzgan əyalətinin rəhbəri İbrahim Əzizi bildirib ki, zəlzələ nəticəsində ciddi dağıntılar qeydə alınmayıb və yaralılardan birinin vəziyyəti ağırdır.
Onun sözlərinə görə, hazırda xilas etmə işləri davam etdirilir. Qısa zaman ərzində dəymiş ziyanın aradan qaldırılması üçün işlər başlayacaq.
Qeyd edək ki, cümə günü gecə saatlarında İranın Şimali Xorasan əyalətinin inzibati mərkəzi Bojnurd şəhərində Rixter cədvəli üzrə 3.1 və 4.2 bal gücündə iki zəlzələ baş verib.