Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı Ali Neft Məktəbi tələbəsinin intiharı ilə bağlı açıqlama verdi

Bakı Ali Neft Məktəbi tələbəsinin intiharı ilə bağlı açıqlama verdi
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zeynab Kazımova “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlunun özünü tələbə yataqxanasının 11-ci mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı açıqlama verib. Z.Kazımova bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. “İstintaq getdiyindən hadisənin səbəbləri barədə məlumat verilmir. Məlumata görə, o, son vaxtlar özünə qapanıb, son bir ayda dərslərdə iştirak etmyib, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıb” – deyə, Z. Kazımova qeyd edib. BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verir. * * *13:15 Dünən axşam saatlarında SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi gənc mütəxəssislər yataqxanasında özünü 11-ci mərtəbədən ataraq intihar edən 4-cü kurs tələbəsi Hüseyn Abbasovla bağlı bəzi məqamlar aydınlaşıb. Tələbə yoldaşlarının lent.az-a verdiyi məlumata görə, H.Abbasovun doğrudan da kəsirləri olub. Lakin bu kəsirlər onun yaxşı oxumaması səbəbindən deyil, imtahanlarda ümumiyyətlə iştirak etməməsindən yaranıb. Tələbə yoldaşları bildiriblər ki, bir müddət imiş H.Abbasovun ailəsində problemlər yaranıbmış və bu problemlər onun təhsilinə də mənfi təsir göstərib. Lakin onlar problemin konkret nədən ibarət olmasını dəqiq bilmədiklərini deyiblər. Mərhumun tələbə dostları həmçinin əlavə ediblər ki, 22 yaşlı Hüseyn hadisədən az əvvəl bərbərə gedib saçlarını kəsdirib. Hüseyn Abbasovun dünən intiharından bir neçə saat əvvələ qədər internetdən istifadə etdiyi də məlum olub. Hüseyn son olaraq zarafatla “Merhabalar, ben Hüseyn, 20 yaşındayım, Azerbaycanda yaşıyorum, heç evlənmədim, 18-20 yaş arası taliplerimi bəkliyorum, təşəkkürlər” statusunu yazıb. Hadisənin baş vermə səbəbinə gəlincə, dünən saat 18 radələrində 11-ci mərtəbədə yaşadığı yataqxana otağının eyvanına çıxan H.Abbasov məhəccərə çıxaraq özünü aşağı atıb. O, həyətdəki gül dibçəyinin üstünə düşüb. Hadisə yerinin bir neçə metrliyində mühafizəçi olsa da, o, Hüseynə kömək edə bilməyib. Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik.

Teqlər:
Bu xəbər cəmi 890 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR