Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Bəzi qızlar pula görə..."


Elm adamları iddia edirlər ki, evlilik üçün ən ideal vaxt 25-32 yaş arasıdır. Araşdırmalara əsasən, gənclərin əksəriyyəti 18-20 yaşda evlənir. Bu yaşda gənclər evlənmək üçün tam formalaşmış hesab olunmur. Münasibətlərin inkişafını tam başa düşməmələri cütlüklərin bəzən boşanmasına səbəb olur.



25 yaşdan sonra evlənənlər arasında boşananma faizləri azdır. 30 yaşda isə insanlar problemləri həll etmək iqtidarında olurlar və xoşbəxt ailə həyatı sürə bilirlər.



Azərbaycanda boşananların sayı ildən-ilə artır. Əgər 2015-ci ildə 68773 nikah bağlanıbsa, 12764 boşanma olub. 2016-cı ilin ilk 7 ayı ərzində isə qeydiyyat şöbələri tərəfindən 35,4 min nikah və 7,4 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,3 olub.



Boşanmaların artmasında yaş faktoru mühüm rol oynayırmı?



Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Aqiyyə Naxçıvanlı elm adamlarının fikirləri ilə razılaşmadığını deyib.



Mili.Az bildirir ki, deputat azvision.az-a açıqlamasında deyib ki, erkən yaxşlarda ailə həyatı qurmaq boşanmalara əsas səbəb deyil. 



"Ailə qurmazdan əvvəl ciddi düşünmək lazımdır. Bəzən xoşbəxt cütlüklər arasında adi problem boşanma həddinə gəlib çıxır. Bu, ailə tərbiyəsinə bağlı olan məsələdir. Bunlar eyni zamanda ailələlərin bir-birinin yaxşı tanınmasından xəbər verir. Təkcə məcburi evliliklərdə boşanma olmur. Eyni zamanda məişət zorakılıqları da boşanmalara səbəb olur. Bundan əlavə kənar müdaxilələr də ailələri dağıdır".



Millət vəkili hesab edir ki, boşanmaların artmasının başında cahillik, təhsilsizlik durur: "Əgər tərəflər təhsillidirsə, onlarda dözümlülük varsa, böyük-kiçiyə yaxşı münasibət göstərilirsə, ata-ananın məsləhətinə qulaq asılırsa və bunlardan nəticə çıxara bilinirsə, onda həmin ailələr sağlam olur. Yoxsa tərəflər yekəbaşlıq edirsə, qarşı tərəfi tanımadan sosial şəbəkələrdə tanış olub, bir həftədən sonra ailə qurursa, kimsə onu məcbur evliliyə təhrik edirsə və burada məişət zorakılığa varsa, əlbəttə, bu ailələrdə ziddiyət olacaq və dağılacaq".



Komitə sədri ideal ailə modelini də açıqlayıb. Deputatın fikrincə, ən yaxşı ailə tərəflərin təhsilli olmasıdır. "Boşanan ailələrin bir neçəsini təhlil etmişik. Həmin ailələrdə qız uşaqlarının əsasən, təhsilsiz olmaları, təhsillərini yarımçıq qoymaları diqqət çəkib. Eyni zamanda, son vaxtlar vətəndaş nikahı dəbəb düşüb. Bu nikahlardan dünyaya gələn uşaqlar kənarda qalır. Ailə müqavilələrinin bağanması vacibdir. Evlənəndə heç nəyə baxmır, dini kəbin kəsirlər və gəlin getdiyi yerdə çox vaxt onu qeydiyyata almırlar. Belə ailələr dağılanda ana uşağı üçün heç nə edə bilmir, aliment ala bilmir, bağçaya verə bilmir və s. Bunlar hamısı cahillikdən savadsızlıqdan irəli gəlir. Qadın hər hansı peşə sahibi olsa, özünü müdafiə edə, uşaqlarını saxlaya biləcək. Bunlar olmadan nöqsanlar üzə çıxır. Erkən nikahlar, kənar müdaxilə, maddi vəziyyət, təhsilsizlik boşanmalara gətririb çıxardır".

A.Naxçıvanlının sözlərinə görə, ideal ailə odur ki, hər iki tərəf bir-birini başa düşsün, güzəştə gedə bilsin, savadlı olsunlar və yaxşı ailə tərbiyəsi olsun. 



"Bu gün qloballaşan dünyada yaşayırıq, amma gənclərimiz yaxşılardan çox pisləri tez götürür. Sosial şəbəkələrdə yüngül həyat keçirənlərə bənzəmək istəyirlər. Niyə? Çünki o, asan ələ düşür və əziyyət çəkmək istəmirlər. Pula görə ərə gedən qızlar da var. Onlar fikirləşirlər ki, pul varsa, gözəl həyat yaşayacaqlar, amma belə olmur", - deyə deputat vurğulayıb.


Teqlər:
Bu xəbər cəmi 645 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR