Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Dolların qiymətində 100 faiz artım olsa da...” - “Azərsun” prezidenti

“Dolların qiymətində 100 faiz artım olsa da...” - “Azərsun” prezidenti


Azərbaycanın qida sektorunun əsas təminatçısı olan “Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl media nümayəndələri ilə görüş keçirir.



Yeniemydan.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, media rəhbərləri ilə görüşdə A. Gözəl iqtisadi böhran, Azərbaycanda son vaxtlar həyata keçirilən sosial islahatlar, qida sektorundakı vəziyyət, böhrandan çıxış yolları barədə sualları cavablandırır.



A. Gözəl rəhbərlik etdiyi şirkətdə istehsal olunan məhsulların dünyada tanındığını qeyd edib: “Biz “Azərçay”ı Azərbaycan brendinə çevirmişik. İndi dünyanın harasına gedirsənsə, “Azərçay” istəyirlər. Mətbuat bizi göstərən güzgüdür. İstəyirik ki, bizi olduğumuz kimi göstərsin. Nə böyük, nə balaca…”



***



“Azersun” holdingin rəhbəri Abdulbari Gözəl mətbuatda onların əleyhinə qiymət artımı ilə bağlı dərc olunan yazılara münasibət bildirib:



“Elə məhsullar var ki, onlar yüz faiz yerli istehsaldır, lakin qablaşdırılması xaricdən gətirilir. Ona görə qiymət artımı olanda, bunlara nisbətən az təsir edir. Lakin elə məhsullar var ki, məhsul xaricdən gətirilir, lakin emal burada olur. Həmin məhsullarda artım qaçılmazdır. Məsələn, dolların qiymətində 100 faiz artım olsa da, bizdə artım 40 faiz olub. Təbii ki, zərərə işləsək qiymətə əl atacam. Başqa çıxış yolum yoxdur.



İllər əvvəl Heydər Əliyev bu sahəni mənə etimad etdi. Mən də digərləri kimi pulumu yığıb Avropada tikinti işinə qoşula bilərdim. Azərbaycanda bu işi qurmağı daha məqsədəuyğun hesab etdim”.



***



“Azərsun Holdinq” Şirkətlər Qrupu bir neçə yeni məhsulunu “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarmağa hazırlaşır.



AzərTac xəbər verir ki, bu barədə “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl məlumat verib.



Bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında” Fərmanı istiqamətində “Azərsun Holdinq” tərəfindən də mühüm işlər görülür.



“Azərsun Holdinq” tərəfindən indiyədək 200 hektar sahədə 200 minədək meyvə ağacı əkilib. Şirkətlər Qrupunun “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxaracağı yeni məhsullar nar məhsulları və enerji şirələridir”, - deyə A.Gözəl qeyd edib.



 



 



“Dolların qiymətində 100 faiz artım olsa da...” -  “Azərsun” prezidenti

“Dolların qiymətində 100 faiz artım olsa da...” -  “Azərsun” prezidenti

“Dolların qiymətində 100 faiz artım olsa da...” -  “Azərsun” prezidenti


Teqlər:
Bu xəbər cəmi 1150 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR