Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Direktor məktəbə içkili gəlir, ya da gəlib məktəbdə içir" — QALMAQAL


Xətai rayonu 30 saylı 7 illik musiqi məktəbinin bir qrup müəllimiÖlkə.Az-ın redaksiyasına müraciət edərək direktor Yusif Məmmədov və direktor müavini Fəxriyyə Quliyevadan şikayətçi olduqlarını bildiriblər. 



Şikayətçilərin bildirdiklərinə görə, Y. Məmmədov tez-tez məktəbə içkili vəziyyətdə gəlir. Hətta onlar iddia edirlər ki, direktor məktəbdə də spirtli içki qəbul edir:



"Saat 4 olmamış çıxıb gedir, o gedən kimi də ardınca müavini gedir. Dərs ili başlayan kimi uşaqlardan 20 manat pul yığıldı. Ardınca isə iclas keçirdi ki, 5 manatdan yığılmalıdır. Guya həmin pulla pəncərələri düzəltdirəcək. Müəllimlərdən bəziləri etiraz etdilər ki, axı 5 manatdan yığılanda 500 manat pul edir. Gördü ki, pulun qanunsuz yığıldığını başa düşmüşük, dedi ki, eybi yox, 30-40 nəfər versin, bəsdir. Bu yaxınlarda dərs bölgüsündə vəziyyət o yerə çatdı ki, bir müəllimin ürəyi getdi, məktəbə təcili yardım çağırdıq. Sonra başqa bir müəllim də direktor və müaviniylə danışanda otaqdan qovublar ki, çıx bayıra, indi sənin də ürəyin gedər".



Müəllimlərin sözlərinə görə, direktor müavininin təxminən 15 nəfərdən ibarət "qara siyahı"sı var və o siyahıya düşən şəxslər normal dərs saatı ala bilmirlər:



"Götürüb 7-8, ən yaxşı halda 10-11 saat dərs yazır. Bu da heç yolpulumuz eləmir. Qalan saatları da bilmirik nə edir. Bildiyimizə görə, əvvəl işlədiyi 25 nömrəli məktəbdə belə şeylərə görə onun direktorla ciddi problemi olub. Hətta orada işləyən bəzi müəllimlər iddia edirlər ki, guya onlardan pul alırmış. Sonra söhbət direktora çatıb, narazılıq yaranıb. Həmkarlar Komitəsi üçün aylıq əməkhaqqımızdan pul çıxılır. Bəs bu 20 manat, 5 manat nə üçündür?"



Şikayətçilər bildirirlər ki, direktor müavini müxtəlif vasitələrlə müəllimlərə təzyiq göstərir:



"Əvvəl deyirdi ki, yuxarıdan tapşırıblar ki, müəllimlərin bir qismini işdən çıxardın. Sonra dedi ki, özümüz daxili attestasiya edəcəyik. Bunlar hamısı bizə təzyiq üçündür. Bu adam əvvəlki iş yerində dərs bölgüsü aparmayıb. İndi ona görədir ki, bir adam 30 saat dərs alır, o biri adam 6 saat".



Mövzunu diqqətdə saxlayacağıq.


Teqlər:
Bu xəbər cəmi 1400 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR