Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

BSU REKTORUNA QARŞI MOZAİK HÜCUMLAR

BSU REKTORUNA QARŞI MOZAİK HÜCUMLAR


Hansı cəmiyyətdə ki, narazılıqlar ört-basdır edilir, deməli, orada inkişafa doğru gedən proseslər nəinki öləziyir, hətta bir çox hallarda dayanır. Azərbaycandakı real gerçəkliyin yozumu onu göstərir ki, müəyyən məsələlərdə maraqlı tərəflərin hər biri öz qənaətlərinə geniş spektrdə bəraət qazandırmaqla məşğuldurlar. NƏZƏRƏ ALSAQ Kİ, Qalibin bəraətə ehtiyacı yoxdur, onda fərqli düşərgədə dayanan liderlərin sosial bazaya yönəli praqmatik yanaşmalarında hansısa məntiqdən danışmaq qeyri-mümkündür...

Bugünkü Azərbaycan mətbuatı sanki bir əlin möcüzəsiylə hərəkətə gətirilir. Ancaq aparılan müşahidələr də göstərir ki, bu gün Azərbaycan mətbuatında daha çox kabinet jurnalistikası inkişaf etdiyindən "xəbərçilik" də öz mahiyyətini itirib. Eyni motyivli, eyni məzmunlu materialların "istehsal olunması" və bununla da gündəmi zəbt etmək günün prioritetinə çevrilib. İstənilən bir mövzuya hətta naşıcasına olsa belə kiçicik bir publisistik naxış vurmaqla həmin mövzunu Azərbaycan mətbuatında günün manşetinə çıxarmaq mümkündür.

Belə mövzulardan biri də Bakı Salavyan Univeristetinə yeni təyin olunmuş rektorun "fəaliyyətinə baxış"dır. Üstəlik bir məqamı da vurğulamaq yerinə düşər ki, ictimai-siyasi sferada azacıq tanınmış simaların hansısa bir mövzuyla bağlı çıxış etmələri daha çox ajiotaj yaradır, nəinki sıradan birisinin. Haqqında söz açmaq istədiyimiz bu gün mətbuatın hədəfində olan BSU-nun yeni rektoru haqqında bəzi "təhsil ekspertləri" və "vəkillər"in daha çox qərəz xarakteri daşıyan çıxışları da bu qəbildəndir. "Təhsil eksperti" Etibar Əliyevlə "tanınmış vəkil" Aslan İsmayılovun BSU-nun rektoru haqqında səsləndirdikləri fikirlər və bu fikirlərin adı çəkilən şəxslərə istinadla geniş şəkildə tirajlanması həm də yurnalistikamızın qəlsəmələri arasında özünə yer tapan infuzorların fəaliyyətinin əsil gğstəricisisdir.

İnformasiyalara nəzər yetirəndə adama elə gəlir ki, sanki Azərbaycanda bundan başqa təhsil ocağı yoxdur. Sanki bütün problemlərin kökündə bu təhsil ocağı dayanır. Burada ortaya bir maraqlı məqam da çıxır. Əcəba, görən nədən bu vaxta qədər yuxarıda adları hallanan şəxslər BSU-nun indiki rektorunun onların düşüncəsinə görə cəmiyyəti qane etməyən təhsil və tədris metodlarını görməyiblər!? İndiki durumda bu adamların gözlərini qamaşdıran, gözlərinə nur gətirən nədir belə? Əsil məsələnin kökündə nə dayanır? Yeni təyin olunmuş xanım rektorun qısa müddət ərzində gördüyü işlər və etdiyi yeniliklər nədən bu kəslərin xoşuna gəlmir!?

Dərc olunan yazılarda BSU-da uçub dağilan kohnə sovet mozaikasının yenilənməsini tanınmış vəkilimiz Aslan İsmayılov Nizami irsinin məhv olunmasına qədər aparıb çıxarır. Çoxunun yadında olar, belə mozaikalar sovet dönəmində kolxoz və sovxoz idarələrinin yan-yörəsini bəzəyərdi, böyür-başında da işləri ilə fərqlənən zəhmətkeşlərin rəsmləri təsvir olunurdu.

Di gəl ki, həmin mozaikaları bizim "tanınmışlar" az qalır ki, hansısa tarixi əsərlə müqayisə edələr. Lap belə müqayisələrdə hansısa oxşarlıq varsa belə, əgər dağılırsa, deməli yenilənmə işinin aparılması da gözlənilən və vacibdir.

Adları çəkilən şəxslərdən uzaq olsun, ataların bir sözü var, deyir, dəli suya bir daş atdı, min ağıllı onu çıxara bilmədi. Hansısa bir sayta ötürülən məlumat informasiyanın yayılma formatı, informasiyanın yayılma metodologiyası nəzərə alınmadan "xəbər istehsalı" ilə məşğul olmağa çalışan naşılar tərəfindən kopyalanaraq tirajlanır. Özünü bir az ağıllı sananlar da məsələyə guya ki, publisistcəsinə yanaşaraq mozaikadan düşən qırıntıları , Nizaminin daşı timsalında kimlərinsə başına düşməsi kimi buna dramatik kompazisiya verməyə çalışırlar . Savadına, dünyagörüşünə, həyat təcrübəsinə çox böyük hörmət bəslədiyim hüquqşunas ASLAN İSMAYILOVsa birt az da irəli gedir: “Əgər Bakının sahibi olsaydı onun orqanizminin dəyərli bir parçasını bu gün barbarlar daraşıb didməzdilər. Bu vəhşiliyə haqq qazandıran, xəstə birisinin, saxta, yalan bəyanatı ilə də tanış oldum. Sən demə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid sovet ideologiyasının qalığı imişlər. Sən demə az qala əsərin hər tərəfini bəzəyən 5 yox 8 guşəli ulduz sovet ideologiyasını tərənnüm edirmiş. Kamal Abdulla kimi bir ziyalının görə bilmədiyini bu xəstələr indi görüblər". Aslan bəy görən fərqindədirmi ki, yanaşmasında hətta təhqirə də keçib...

ACINACAQLI HALDIR Kİ, ölkəmizin mətbu sferasının imkanlarından yaralanmağa çalışan bu kateqoriyadan olan insanlar heç də gerçəkliyə əsil həqiqətlərin prizmasından deyil, təmsil olunduqları şəbəkəyə məxsus ideoloyi eynəklərinin görmə dərəcəsindən baxırlar. O cümlədən, ASLAN İSMAYILOV və ETİBAR ƏLİYEV də. Və məsələyə belə yanaşma çox zaman ümummilli problemlərə münasibətdə seyrçi mövqedən çıxış etməyə, korporativ maraqların önə çıxmasına təkan verir. Elə bunun nəticəsidir ki, mətbu trassın müxalif yolçuları bir çox hallarda hətta Azərbaycanın haqq səsini tanımayanlarla belə demokratiya pərdəsi altında ortaq mövqedən çıxış edirlər. BELƏ BİR HALIN YAŞANMASINDA qərəzlə çıxış edənin günahı qismində hətta onun özünə belə yaraşmayan çılğın ehtiraslara söykənən vəhşi qəzəbin ortaya qoyduğu intəhasız iddialar dayanır. Bu da öz növbəsində mövcud problemlərə münasibətdə aparılan sivil mübarizə olmadığı kimi həm də ideoloyi baxımdan praqmatik yanaşma deyil – bütövlükdə inkişafımızı əngəlləyən səbəblərdəndir. Bilərəkdən, ya da bilməyərəkdən qərəzli oyunun iştirakçısına çevrilmək kökündən yanlışdır. Belə olan tərzdə daha çox ümümmilli maraqların təminatının peşində olanların manevr imkanları azalır, tükənir, toplum da haqq edərək seyrçi mövqedə dayanmağa daha çox üstünlük verir.

BSU-da aparılan təmir-tikintinin aparılmasında axı nə pis iş var ki? Burda nə var axı? Məgər yeni rektor Nurlana Əliyevanın pedoqoji fəaliyyəti, ictimai-siyasi fəallığı gənc nəsilə örnək deyilmi!? Adi bir yazını öz qaydasınca yaza bilməyi bacarmayanların rektoru pedaqoji təcrübəsizlikdə suçlaması gülüncdür. Budurmu KİV nümayəndələrinin nizam tərəzisi? Bir azərbaycanlı xanımın, bir azərbaycanlı ananın, zaman-zaman Şərq despotizmini gözə soxan Qərb dünyası qarşısında qərblilərin özündən də çox demokratikliyilə seçilən bir qadın ziyalının bunca hədəfə çevrilməsi ehtimalların işığında ancaq və ancaq bir sifarişin mövzusu olması anlamını gühdəmə gətirir. Adət-ənənələrimizin daşıyıcısı, hər cür sünilikdən uzaq, müasir dünya dərkinə yaxın, nadir yaddaşa malik təfəkkür sahibi olan Nurlan Əliyeva bu gün Azərbaycan mətbuatında cəmiyyətə bir örnək olaraq göstərilməlidir. Və bu, KİV nümayəndələrinin peşə kredosundan irəli gəlir. Ermənilərin Azərbaycan ərazilərindəki min illərlə yaşı olan tarixi abidələrini məhv etməsini bircə dəfə araşdırıb yazmayan, əksinə, cürbəcür kanallarla kimlərləsə əməkdaşıq axtaran həmkarlarımız, tanınmışlarımız Nizami irsini tədris edən, onu gələcək nəslə ötürən bir ziyalıya daş atırlar. Qoy atsınlar, bu daş axırda özlərinə dəyəcək. Çünki "göy üzü daş saxlamaz, atam balası: adam belə baş saxlamaz". Və göy üzünə atılan daşların ancaq o daşı atana ziyanı ola bilər.

Yalanı cılızlaşdırıb belə aşağı səviyyəyə endirmək dövlətçiliyimizə münasibətdə sayğı göstərməməkdən irəli gəlir.

BSU rektoruna qarşı təqdim olunan mübarizə modelində hər şey apaydın üzə çıxır. Əslində hücuma keçənlər öz ictimai mövqelərini BSU rektoru kimi səviyyəli insanlara daş atmaqla möhkəmləndirməyə çalışırlar. Toplumsa hər şeyi yaxşı görür. Yaşanılan tarixdən heç bir illüziya uydurmaq mümkün deyil və cəmiyyət utopik düşüncələrin əsiri deyil. Qrantların mənimsənilməsi üçün başqa yollar arayın, bəylər və xanımlar! Həmin məsələdə kimlərinsə “ortaq mövqe”dən çıxış etməsi dolayısı yolla beynəlxalq təşkilatlar qarşısında hansısa layihə fonu yaratmaqla qrantların mənimsənilməsinə yönəlib, heç də deyildiyi kimi hüquqi dövlət quruculuğu və təhsil sistemimizdə aşkarlıq istiqamətində atılan addım deyil.

Atılan addımların məntiqi sonluğu olaraq cəmiyyəti nəyəsə təhrik etmək zəmanəsi artıq gedib. Əllərində səlahiyyəti olanlar da pay paylamırlar ki, özlərinə verilən paydan məhrum olarlar. Baxanda görürük ki, seçilmişlərimizə daşa atanlar özlərinə yarma qaynadırlar, inandırmaq istədikləri kütləsə yalın əllərini oynadır. Belə olan halda qaraya sabun heç nə edən deyil. Və min dənə qarıldayan qarğa olsun, atılan bircə dənə daş kifayət edir ki, bu quşlar öz sevimli qonaqlıq yerlərinin həmən tərk etsinlər. Qalib Adamın, yəni Nurlana xanımın bəraətə ehtiyacı yoxdur. Sadəcə olaraq, biz də bir daş idi, atdıq, sizsə daşdan qorxmayın, ancaq eyibinizi bilin, bəylər, eyibinizi!...

Millətinsəsi.az


Teqlər:
Bu xəbər cəmi 1435 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR