Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"İllərdir, yüksək nəticələri eyni məktəblər göstərir, bu normal deyil" - Təhsil üzrə ekspert


Son illər qəbul imtahanları dövründə bir sıra məktəblərin 10-20 şagirdinin yüksək balla ali məktəblərə qəbul olunmasının şahidi oluruq. Lakin bunu paytaxtın və regionların bütün məktəbləridə görə bilmirik.



Bir neçə gün əvvəl qəbul imtahanları zamanı Sumqayıtda Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 27 şagirdi, Bakı Türk Liseyinin bir neçə şagirdi 600-700 aralığında bal toplayaraq respublika üzrə ən yüksək göstəricilər əldə etdilər. Lakin bu, digər məktəblərdə davamlı olaraq baş vermir.



Təhsil üzrə ekspert Nadir İsrafilov Admiral.az-a bildirib ki, ümumi statistikaya nəzər salsaq, 1990-cı illərdən etibarən yüksək nəticələri eyni məktəblər göstərir:



news-detail



“Sovet dönəmində təhsildə çeşidlənmə anlayışı yox idi. Orta ümumtəhsil məktəbləri vardı. Böyük alimlər, akademiklər, elm və incəsənət xadimləri ayrı-ayrı kənd məktəblərindən çıxmışdılar. Son illər təhsildə çeşidləmə aparıldı və ən yaxşı müəllimləri, şagirdləri seçim yolu ilə müxtəlif adlarda olan liseylərə, gimnaziyalara seçib götürürlər. Ona görə də, yüksək göstəriciləri eyni məktəblərin şagirdləri göstərirlər. Ali təhsil müəssisələrində də bu cür çeşidləmə aparırlar. Savadlı tələbələri ayrı-ayrı qruplara yığırlar. Məktəb şagirdlərindən 20-30 nəfərin qəbul imtahanlarında 600-dən yüksək bal toplaması ayrı-ayrılıqda məktəb üçün yaxşı göstəricidir. Amma bizim ümumilikdə, 4500-dən çox orta ümumtəhsil məktəbimiz var. Regionlarda elə məktəblər var ki, 10 ildir, bir nəfər şagird o məktəbdən ali məktəbə qəbul ola bilmir. Təhsilin irəliləyişindən o zaman danışa və məktəb göstəricilərini o zaman yüksək saya bilərik ki, məktəblərdə şagirdlər arasında çeşidlənmə aparılmasın. Əvvəl belə idi ki, bir neçə küçənin uşaqları yaxınlıqda olan məktəbə gedirdi. O zaman uşaqlar ilk sinifdən etibarən yetişdirilirdi və həmin şagirdləri məktəbin göstəricisi saymaq olar. Düşünürəm ki, indiki göstəricilər sünidir”.



Ekspertin sözlərinə görə, bir vaxtlar Türk liseyləri vardı və onlar beynəlxalq olimpiadalarda böyük uğurlar qazanırdılar:



“Amma o liseylər ən yaxşıları seçib götürməklə bu nailiyyətləri qazanırdılar. Ona görə də, düşünürəm ki, burada təəccübləndirici heç nə yoxdur. Hazırda bu istiqamətdə dövlət siyasəti aparılır. Dövlət regionların inkişafı məsələsində lazımi işlər görür. Məsələn, elə məktəblər var ki, hər bir şagird kompüterlə təmin olunub. Lakin elə region məktəblərimiz var ki, adi surət çıxardan aparatı da yoxdur. Ona görə də, günahlandırmaq olmaz ki, bu məktəbin göstəricisi aşağıdır. Artıq 12 illik təhsilə keçidə hazırlaşırlar və belə olduqda, son 2 ildə ixtisaslar üzrə dərslər keçiriləcək. Respublika təkcə 5-10 liseydən ibarət deyil. Sistem elə qurulmalıdır ki, ucqar dağ kəndindən də şagirdlər universitetlərə yüksək balla qəbul olsunlar. Bu sahədə köklü islahatlar aparılmalıdır.



N.İsrafilov deyir ki, təhsilin əsas vəzifəsi sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər formalaşdırmaqdır. Yəni, hamıya eyni gözlə baxılmalıdır. Orta məktəblərin vəzifəsi ali təhsil müəssisələrinə tələbə hazırlamaq deyil.


Teqlər:
Bu xəbər cəmi 1285 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR