Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

OLİQARXLARIN TORPAQLARI ƏLLƏRİNDƏN ALINACAQ - “Mənə arayış təqdim ediblər, adlar var...”

OLİQARXLARIN TORPAQLARI ƏLLƏRİNDƏN ALINACAQ - “Mənə arayış təqdim ediblər, adlar var...”


Xəbər verildiyi kimi dünən iyulun 10-da prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının nəticələrinə və qarşıya qoyulmuş vəzifələrə dair iclas keçirib. Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədəki yekun nitqində prezident İlham Əliyev kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin zəruriliyini bir daha vurğulayıb. Prezident AzTV ilə yayımlanan çıxışında bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqların hasarlandığını, istifadəsiz qaldığını bildirib. İlham Əliyevin sözlərinə görə, söhbət minlərlə hektarlıq torpaq sahələrindən gedir.

“Mən tapşırmışdım, artıq həmin torpaqlarla bağlı  arayış hazırlayıb mənə təqdim ediblər. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara məxsusdur, adlar var. Yaxın vaxtlarda bu məsələ ilə bağlı tədbirlər görüləcək və istifadəsiz saxlanılan torpaqlar zəbt olunacaq, kənd təsərrüfatı məqsədi ilə istifadəyə yönəldiləcək. Çünki ölkədə istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlar qalmamalıdır”-prezident deyib.

İlham Əliyev  bildirib ki, bu məsələdə Prezident Administrasiyası verilmiş tapşırıqları yaxşı icra edib və bölgələrdə lazım olan işləri görüb.

Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışı zamanı prezident İlham Əliyev ünvanlı sosial yardımlar haqda da danışıb. Prezident bildirib ki, ünvanlı sosial yardımlar insanlarda asılılıq yaradır və bu da gələcəkdə təhlükəli ola bilər. İlham Əliyevin bildirdiyinə görə bəzi insanlar dövlətdən yardım aldıqlarına görə işləməyə həvəs  göstərmirlər. Prezident deyib ki, gələcəkdə dövlət aztəminatlı ailələrin dəstəklənməsi üçün ünvanl sosial yardımın formalarına dəyişiklik edə bilər.

İlham Əliyev deyib ki, dövlət aztəminatlı ailələrə öz bizneslərini yaratmaq üçün dəstək verəcək, beləliklə də ünvanlı sosial yardımdan asılılığı azaldacaq.


Teqlər:
Bu xəbər cəmi 1895 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR