Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Ballı Market"in sahibiylə bağlı şok iddia


Azərbaycan vətəndaşı olan ukraynalı Natalya Nerovnya çalışdığı Bülbülə qəsəbəsində yerləşən “Ballı market”in filialında market rəhbərliyi tərəfindən zorakılığa məruz qalıb və 30 min manat borcla “yüklənib”.



Bu barədə “Yeni Müsavat” qəzetinə şikayət edən N. Nerovnya market şəbəkəsinin rəhbəri Elman Əsədov tərəfindən ona daim intim təkliflər olduğunu və bu təkliflərdən imtina etdiyi üçün başına bu cür bəlaların açıldığını bildirdi.



Şikayətçi iddia etdi ki, çalışdığı marketin rəhbəri ona qarşı zorakılıq edərək həm 30 min manat mənimsədiyinə dair “etirafını” videoya çəkib, həm də maşınını və qızıllarını əlindən alıb: “Ballı market” şəbəkəsinin rəhbəri Elman Əsədov orada işlədiyim müddət ərzində hər zaman mənə intim təkliflər edirdi. Mən isə işimin xətrinə zarafata salır və belə bir münasibətin mümkün olmadığını deyirdim. O hər dəfə deyirdi ki, məni rədd etdiyin üçün səni peşman edəcəyəm, başına oyun açacağam. Mən isə bu sözləri ciddiyə almırdım. İşimin xətrinə yola verirdim, çünki anam xəstə idi. Hətta bu məsələyə görə, iki il öncə bu işdən çıxdım, çox yerdə iş axtardım, lakin tapa bilmədiyim üçün yenidən bu ilin yanvar ayından “Ballı market”ə işə qayıtdım. İyulun 2-də axşam evə gedərkən, məni saxladılar və bildirdilər ki, 30 min manat əskik var. Bunu necə hesablandığını bilmədim. Çünki gündəlik olaraq hesabat verirdim. Müdirə zəng etdilər, müdir gəldi və yenidən bir otağa toplaşıb hesablama apardılar, mənə bildirdilər ki, 30 min manat əskiyin var.







Sonra məndən pul qabımı istədilər. Dedim ki, pul qabı maşındadır. Maşından pul qabımı götürməyə gedəndə müdir də arxamca gəldi və maşına hücum etməyə, maşını sındırmağa başladı. Məndən maşını açmağımı istədi ki, guya pul maşındadır. Maşının açarını zorla açdı, içindəki hər şeyi yerə tökdü. Maşında rəfiqəmin və mənim qızıllarım var idi, onları da götürdü. Mənə ağıza alınmayacaq söyüşlər də söydü və açarı da qaytarmadı. Dedi ki, məndən imtina etdiyinə görə səni peşman edəcəyimi demişdim, indi başına gələcəklərə hazır ol”.



Şikayətçi deyir ki, onun anasından başqa heç kimi olmadığı üçün market rəhbəri ona qarşı bu cür haqsızlıq etməkdən çəkinmir: “Mənim anam ukraynalıdır. Özüm isə Azərbaycan vətəndaşıyam. Burada yaşlı və xəstə anamdan başqa kimsəm yoxdur. Atam zabit idi , Qarabağ döyüşlərində şəhid olub. Maddi olaraq da, elə böyük imkanım yoxdur. Bir maşınım var , o da kreditlə alınıb. Həmin maşının açarları da indi Elman Əsədovdadır”.



Müsahibimin sözlərinə görə, market rəhbəri onu təhdid edərək, 30 min manat əskik hesabat verdiyini təsdiq etməsi barədə video da çəkib. İndi Natalya Nerovnyanın bunun əksini isbat etməsi daha da çətinləşib: “Həmin gün gecə saat 12-ə qədər məni evə getməyə qoymadılar. Məni soyundurub videoya çəkməklə təhdid etdilər və bildirdilər ki, əgər 30 min manat əskiyin olmasını videoda təsdiq etməsən, sənin çılpaq şəkillərin internetdə olacaq. Otaqda Elman Əsədovun qohumu olan iki qadın da var idi. Onlar paltarıma əl atıb məni soyundurmağa çalışdılar. Mən isə özümü qorumaq üçün 30 min manat əskik hesabat verdiyimi boynuma aldım. Mənim ifadəmi videoya çəkdilər. Ondan sonra marketdən qaçıb rəfiqəmin evinə getdim. Polisə də şikayət etmişəm. Qaraçuxur qəsəbəsində 31-ci polis bölməsinə müraciət etmişəm.



Polis “Ballı market”dən həmin günün video görüntülərini almaq istəsə də, bu mümkün olmadı, müdir bildirdi ki, video görüntülər açılmır. İndi mənim günahsız olduğunu sübut edən heç nə qalmayıb. Üstəgəl onların əlində zorla borcumu etiraf etməyimlə bağlı video var. Bir neçə gün öncə çarəsiz qalıb, bütün yaxınlarımla vidalaşdım və intihara cəhd etdim. Düşündüm ki, artıq belə biabırçılıqla mən yaşaya bilmərəm. Lakin məni xilas etdilər və məsləhət gördülər ki, hüquqlarımı müdafiə edim”.



Natalya Nerovnya deyir ki, o, Elman Əsədovun bu cür tələyə salıb, boynuna pul qoyduğu ilk adam deyil. Ondan öncə də bir neçə işçisini bu vəziyyətə salıb: “Daha öncə də bir kişini 80 min manat borca salıb, iddia edib ki, guya həmin kişi bundan 80 min manat pul oğurlayıb. Öz işçilərindən kassir işləyən bir qızı da yükləmişdi ki, guya kassadan 20 min manat pul oğurlayıb”.



Şikayətçi ümid edir ki, bu yazının dərc olunmasından sonra hüquq mühafizə orqanları məsələyə daha həssas yanaşaraq, kimsəsiz bir qızı haqsızlıqdan xilas edəcəklər.



Qeyd edək ki, yazıda qeyd olunan iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.




 


Teqlər:
Bu xəbər cəmi 2985 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR