Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"İstər iqtidar, istərsə də müxalifət yönümlü qəzetlərə..."


“Azərbaycan mətbuatı çox sürətli inkişaf yolu keçib. Dövlətimizin qayğısı nəticəsində bu gün ölkə mətbuatının çox möhkəm maddi-texniki bazası var. Bu baza istər iqtidar, istərsə də müxalifət yönümlü qəzetlərə, informasiya portallarına tam azad, sərbəst fəaliyyət göstərməyə geniş imkanlar yaradır”.



Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov söyləyib. Mətbuat Şurasının sədri bildirib ki, bu gün Azərbaycan mətbuatı – qəzet və jurnallar, televiziya və radiolar, informasiya portalları, sosial şəbəkələr ölkə əhalisini həm daxildə, həm də xaricdə baş verən hadisələrlə operativ şəkildə məlumatlandırır. Ölkə əhalisinin 70 faizdən çoxu internetdən istifadə edir. Azərbaycan mətbuatının heç kimdən asılılığı yoxdur. Milli mətbuatımız ölkədə baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında da mühüm rol oynayır. Biz bunun şahidiyik və dünya ictimaiyyəti də bunu təsdiq edə bilər.

Ə.Amaşov qeyd edib ki, Azərbaycan milli mətbuatının bugünkü durumu, ölkəmizdəki söz, mətbuat, fikir və ifadə azadlığı barədə Tbilisidə keçirilən Cənubi Qafqaz ölkələri mediasının 13-cü konfransında da məlumat verilib. Konfrans iştirakçıları Azərbaycan mətbuatının inkişafı, güclü maddi-texniki bazaya malik olması ilə bağlı məlumatlardan razı qalıblar.(AZƏRTAC)


Teqlər:
Bu xəbər cəmi 1185 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR