Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Diqqət: bu banklara kredit faizi ödənməməlidir

Diqqət: bu banklara kredit faizi ödənməməlidir


Lisenziyası ləğv edilən banklar əmanətlərə verilən faizləri də dərhal dayandırırlar və yalnız qoyulan əmanət əmanətçiyə geri qaytarılır. Ancaq sözügedən bank müştəriyə verdiyi kreditə görə faiz hesablanmasını dayandırmır və sonadək krediti faizlə tələb edir. Bu isə müəyyən anlaşılmazlığa və bəzi hallarda narazılığa səbəb olur. Bəs, qanunvericilik banklara verdiyi kreditlərə görə lisenziyası ləğv edildikdən sonra faiz hesablamağa hüquq verirmi?



 



Məsələni Axar.az-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bankların verdikləri kredit müqabilində lisenziyası ləğv olunduqdan sonra faiz tələb etməyə hüququnun olmadığını bildirib:



 



“Bankın fəaliyyəti dayandıqdan sonra əmanətlərə faiz hesablanmadığı üçün kreditlərə də faiz gəlməsi düzgün deyil. Çox təəssüf ki, banklar hazırda bundan sui-istifadə edirlər, bank bağlanan kimi əmanətlər üzrə faizlər saxlanılır, ancaq kreditlərə faizlər gəlməsi davam etdirilir. Bu, qanuni deyil və bankların özbaşınalığıdır. Ona görə də hesab edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələyə baxmalı və müəyyən qərar verməlidir. Palata hazırda bankların diaqnostikası üçün və yəqin ki, bu məsələ ilə əlaqədar da müəyyən müraciətlərə baxılacaq. Problemin həlli yolları barədə MBNP-nin Direktorlar Şurasının sədri ilə danışacağam. Hesab edirəm ki, lisenziyası ləğv edilən bank müştərilərindən kreditə görə faiz tələb etməməlidir”.



 



Bank üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, bank ləğv edildiyi andan onun öhdəlikləri dondurulur, artıq faiz də ödəmir, yalnız əsas borc öhdəliyi qalır:



 



“Bank ləğv olunduqdan sonra Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin hər birinə banka yerləşdirdikləri əmanətlərin qarşılığını faiz verilmədən ödəyir. Hesab edirəm ki, qanun əmanətlərlə kreditlərə eyni münasibəti bəsləməlidir. Yəni ya faizlər hər iki halda - həm banka olan kreditlər üzrə, həm də əmanətlər üzrə ödənilməlidir, ya da əksinə, nə müştəri götürdüyü kredit borcuna görə, nə də əmanətlərə görə faiz ödəməlidir”.



 



Hüquqşünas Pərviz Məmmədov məsələnin qanuni tərəflərinə aydınlıq gətirib:



 



“Bağlanan bankın kredit portfelinin başqa maliyyə təşkilatına satılma halını çıxmaqla, bütün hallarda lisenziyası ləğv edilən banklar tərəfindən kreditə faiz hesablanması dayanmalıdır. Banklar haqqında qanunun 18.2-ci maddəsinə əsasən, bank lisenziyası və ya xarici bankın bölgə nümayəndəliyinin ləğvi haqqında qərar qüvvəyə mindiyi gündən bankın lisenziya üzrə öncəki fəaliyyət növləri qadağan edilir. Bankın fəaliyyət növlərinə isə kredit verilməsi və verilən kreditlərə faiz hesablanması aiddir. Deməli, ləğv olunan bankın verdiyi kreditlərə faiz hesablamaq ixtiyarı yoxdur. Bank ləğv edilmə prosesinə girdiyi andan etibarən yalnız Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq illik 7 faiz həcmində faiz tələb edə bilər. Çünki bank cəlb etdiyi əmanətlərə faiz hesablamır. Necə ki banka depozitlərə görə faiz hesablamaq qadağan olunur, eləcə də verilən kreditlərə görə də faiz tələbi olmamalıdır”.



 



P.Məmmədov hesab edir ki, vətəndaşlar bunu əsas götürməklə tam haqlı olaraq məhkəmədə həmin faizlərin ödənilməsinin dayandırılmasını tələb edə bilərlər:



 



“Çox yaxşı olardı ki, prosesdə məhkəmə mühasibatlıq ekspertizası təyin olunsun. Ekspertizanın nəticələrindən sonra isə qalıq borca nə qədər faiz ödənilməli olduğu aydın olacaq. Bir sözlə, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, vətəndaşlar ancaq Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən uçot dərəcəsinə əsasən faiz ödməlidirlər, yoxsa 30 və ya 40 faiz deyil”.



 



Hüquqşünas bildirib ki, bank ləğv edilmə prosesinə girdiyi andan sonra vətəndaş borcu bağlayıbsa və faizləri ödəyibsə, məhkəməyə müraciət edərək indiyə qədər haqsız ödədiyi faizləri geri ala bilər:



 



“Əgər borcun müəyyən bir hissəsi qalıbsa, onda vətəndaş tələb edə bilər ki, ödədiyi faizlərə görə ondan artıq alınan pul əsas məbləğdən çıxılsın”.


Teqlər:
Bu xəbər cəmi 1860 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR