Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əflatun Amaşov: "İşə obyektiv yanaşılmasına və ədalətli qərarın çıxarılmasına çalışacağıq"

Əflatun Amaşov:


Azərbaycan Mətbuat Şurası hansı formada cəmiyyətdə imic qazanmasından asılı olmayarq bu və ya digər dərəcədə jurnalist fəaliyyəti ilə əlaqəli olan şəxsin azadlıqdan məhrum edilməsindən təəssüf hissi keçirir. Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun həbsinə də belə yanaşırıq. Ancaq hesab edirik ki, onun həbsi söz və ifadə azadlığı kontekstində dəyərləndirilə biləcək hadisə deyil". 



Yenimeydan.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

 



Ə.Amaşov bildirib ki, jurnalist peşə fəaliyyətində ölkə qanunlarına və peşə davranışı qaydalarına riayət etməlidir. Praktika göstərir ki, etik prinsiplər çərçivəsində hərəkət edən media nümayəndəsinin iş müstəvisində qanundan kənar addım atması hallarına demək olar rast gəlinmir. "Təəssüf ki, eyni sözləri jam.az barədə söyləyə bilməyəcəyik. Bizdə olan məlumata görə, Fikrət Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirləndirilir. Məsələnin təfərrüratlarından xəbərdar deyilik. Sadəcə onu deyə bilərik ki, bu cəhət Şuraya daxil olan çoxsaylı şikayətlərdə də əksini tapırdı. Dəfələrlə xəbərdarlığımız olub. Lakin nəticə çıxarılmayıb. Buna görə də saytın adı Mətbuat Şurası İdarə Heyətinin 21 iyul 2014-cü il tarixli qərarı ilə «qara siyahı»ya salınıb. Bu, Şuranın «jam.az» barədə gördüyü ən sərt ictimai qınaq tədbiridir", - deyə Ə.Amaşov əlavə edib.



Ə. Amaşov onu da bildirib ki, bir sıra saytlar keçmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi ilə sıx əlaqədə olub. Həmin saytlar əsasən müxtəlif vəzifəli şəxslər barədə onlara ötürülmüş aşağılayıcı materialları yayırdılar: "Bu kimi hallar sağlam jurnalistika sayıla bilməz. Aydındır ki, bir-birinə qarşı duran qütblər olub. Adlarını jurnalist qoyan bəzi şəxslər bu qütblərin oyunlarında iştirak ediblər. Onların yazdıqları, gündəmə gətirdikləri birbaşa hüquqi müstəvidə dəyərləndirilməli məsələlərdir. Şərəf və ləyaqətin təhqiri, işgüzar nüfuza ləkə gətirilməsi və sair bu sayaq hallar onlar üçün tam adi bir şeydir. Belələri barədə götürülən hüquqi ölçü tədbiri heç bir halda jurnalistə qarşı cinayət işi kontekstində dəyərləndirilməməlidir. Jurnalist o adamdır ki, redaksiya tapşırıqlarını yerinə yetirir, tədbirlərə qatılır, reportajlar hazırlayır. Bir sözlə, hamımızın jurnalist üçün təsəvvür etdiyi məziyyətlərə qatlaşır", - deyən Ə.Amaşov onu da bildirib ki, Mətbuat Şurası hər bir halda F.Fərəməzoğlu ilə bağlı məsələni diqqətdə saxlayacaq: "Qurum çalışacaq ki, onunla bağlı işə obyektiv yanaşılsın və barəsində ədalətli qərar çıxarılsın".

Teqlər:
Bu xəbər cəmi 1445 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR