Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunun növbəti mövsümünə hazırlaşan "Şuşa-Qarabağ" ötən gün növbəti yoxlama matçını keçirib.
Qarabağlılar "Dalğa Arena"nın yardımçı meydançasında "Neftçi"nin əvəzedici komandası ilə qarşılaşıb.
Oyundan əvvəl isə Türkiyənin Atatürk Hava Limanında törədilən terror nəticəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. "Şuşa-Qarabağ" klubunun rəhbərliyinin təşəbbüsü ilə futbolçular "Terroru lənətləyirik!" pankartı açıblar. Bundan başqa komanda üzvləri meydana qara sarğı ilə çıxıb.
Qarşılaşma isə əvəzedicilərin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.