Maşın bazarı dünənki yanğından sonra xarabalıqları xatırladır. Hələ də, hansısa mallarının yanmaması ümüdü ilə sahibkarlar yanıq qalıqlarının altında axtarış aparırlar.
Əməkdaşımız çəkdiyi şəkillərdən güründüyü kimi, orda məhv olmayan ehtiyyat hissəsi tapmaq çətindir və buna çox vaxt lazımdır.
Hadisə vaxtı və hadisədən sonra üzə çıxmayan maşın bazarının rəhbərliyi polis vasitəsi ilə sahibkarlara iki saat vaxt verib ki, nisbətən az zərər görmüş ehtiyyat hissələrini bıxarsınlar.Malları yanan sahibkarların sərt təpkisindən sonra bu müddət sabaha qədər uzadılıb.
Milletinsesi.az-a verilən məlumata görə, dəymiş ziyana görə hər hansı kompesasiyanın verilməsi haqda bazar rəhbərliyindən təklif yoxdur. Çaşqınlıq içində olan,hər şeyini itirmiş sahibkarlar mallarının yanaraq külə dönmüş qalıqlarına baxaraq , bundan sonra nə edəcəklərini bilmirlər.
Dövlət qurumlarından kömək gözləyirlər.
Maşın bazarında yanmış dükanlardan son görüntülər:
[center]