Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SOSİAL NARAZILIĞI KİM STİMULLAŞDIRIR - SURAXANI RAYON İCRA HAKİMİYYƏTİ, YOXSA "AZƏRSU"?

SOSİAL NARAZILIĞI KİM STİMULLAŞDIRIR - SURAXANI RAYON İCRA HAKİMİYYƏTİ, YOXSA


SOSİAL NARAZILIĞI KİM STİMULLAŞDIRIR - SURAXANI RAYON İCRA HAKİMİYYƏTİ, YOXSA "AZƏRSU"?







"Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin... Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır".



Bu cümlə Azərbaycan prezidenti İlham Əliyevin dilindən səslənib və təbii ki, həm də bir tələb olaraq aidiyyatı strukturların qarşısında bir vəzifə kimi yerinə yetirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi daşıyan proqramdır. Ölkə başçısının bi fikrini özünün loqosuna yerləşdirən "Azərsu" ASC-nin fəaliyyətindəsə hələ ki, həmin proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin şahidi olmuruq. Paralel olaraq yerli icra strukturları da "Azərsu"nun laqeydliyi nəticəsində formalaşan sosial narazılığın əsas iştirakçılarından birinə çevrilmiş olur.



"Bu gün SURAXANI Rayon İcra Hakimiyyəti də ""Azərsu"nun güdazına gedən həmin "iştirakçılar"dan biridir".



"Milletinsesi.az" saytı xəbər verir ki, ümidlərini itirməyən sakinlər bu fikirdədirlər. 



Dövlət başçısı dəfələrlə Bakı və ətraf kəndlərin abadlaşdırılması, su və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində sərəncamlar versə də, bu gün Suraxanı rayonunda o göstərişlərin yerinə yetirilməsi istiqamətində hələ ki, əməli fəaliyyətin görüntüsü yoxdur. 



SURAXANI RAYONU, "DƏDƏ QORQUD" QƏSƏBƏSİndən saytımıza olunan şikayətlər də deyilənləri təsdiqləyir. Şikayətçilərin bildirdiyinə görə bir neçə il bundan qabaq "Azərsu" əhalinin min bir zillət hesabına çəkdikləri su xətlərini yeniləsə də, ancaq kanalizasiya sisteminin çəkilişi bir müçkülə çevrilib. Üstəlik bununla bağlı Suraxanı icra hakimiyyətindən verilən vədlər də yerində saymaqdadır. Sakinlərin hər 20 gündən bir 30 manata kanalizasiya quyularını xüsusi maşınlarla təmizlətdirmələri artıq onları cana doyurub: "Necə olur ki, dövlət bu boyda yarışlar keçirməyə milyardlar tapır, ancaq onlarla müqayisədə çox cüzi xərc tələb edən kanalizasiya xəttinin çəkilməsi böyük bir problemə çevrilir. Hanı bəs prezidentin aylrdığı pullar? O hesabla biz ancaq pensiyalarımızı bu maşınlara verməliyik də. Onda qoy bu məqsədlə dövlət də bizə pul ayırsın. "Azərsu"yla Suraxanı rayonu icra hakimiyyətindən kim kimi güdaza vermək istəyir bilinmir, bütün hallarda əzilən, zülümün içində inləyən, əzabların əlindən neylədiyini bilməyənsə sadə xalqdır. ümidimiz prezidentədir. Bu adamların əməllərindən inanırıq ki, dövlət başçısı xəbərsizdir. Eyb eləməz, biz də bu xəbərləri prezidentə çatdırmağın yollarını bilirik"...



Sakinlər kanalizasiya problemi, istirahət yerlərinin olmaması. marşrut problemi, bərbad yollarıyla bağlı saysız-hesabsız faktlar dilə gətirərək bütün bunların işıqlandırılaraq dövlət başçısına çatdırılması üçün bizdən bir vasitəçi olmağı tələb edirlər....



Şikayətçilər həm də onu vurğulayırlar ki, problemlərlə bağlı dəfələrlə Suraxanı rayon icra hakimiyyətinin başçıcı İlqar Abbasova, baş nazirə, "Azərsu"ya müraciətlər olunub, ancaq hələ ki, heç bir instansiya əsaslı addım atmayıb...



Mövzuyla bağlı araşdırmalarımız davam edəcək. Yazıda adları hallanan şəxsləri də dinləməyə hazırıq...( Milletinsesi.az)

Teqlər:
Bu xəbər cəmi 1020 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR