Azərbaycanın milli valyutası olan manatının ucuzlaşması ölkə iqtisadiyatına öz mənfi təsirlərini göstərməkdədir. Artıq real sektorda ciddi problemlər yaranmaqdadır. Ekspertlər manatın ucuzlamasının əsas səbəbi kimi ölkədən kapital axınını göstərirlər. Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Əli Məsimli Gununsesi.info-ya açıqlamasında yaranmış durumu izah edib.
Onun sözlərinə görə, Azərbaycanın milli valyutası olan manatının ucuzlaşması ölkə iqtisadiyatına öz mənfi təsirlərini göstərməkdədir: “Artıq real sektorda ciddi problemlər yaranmaqdadır. Ekspertlər manatın ucuzlamasının əsas səbəbi kimi ölkədən kapital axınını göstərirlər. Azərbaycan hökumətinin həyata keçirdiyi səhv pul-kredit siyasəti məhz maliyyə bazarında bu vəziyyəti yaradıb. Əgər bu siyasət uzun müddət davam edərsə, bu, nəinki ölkədə real sektoru məhv edəcək, eyni zamanda neftdənkənar sahələrə böyük zərbə vuracaq. Bu da nəticədə manatı ciddi devalvasiyaya uğradacaq.” Millət vəkili manatın ucuzlaşmasının əsas səbəbi kimi ölkədən kapital axını ilə izah edib. Bu amilləri nəzərə alan millət vəkili, hökuməti ölkə iqtisadiyyatına ziyan vuran ifrat sərt və sərt pul-kredit siyasətindən geri çəkilməyə çağırıb: “Əgər Azərbaycan hökümətu bu siyasətdən geri durmazsa, xoşagəlməz proseslər baş verə bilər. Bu da öz növbəsində əhali üçün ağrılı olacaq”.