Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Oqtay Şirəliyevə Səfər Əbiyevin aqibəti yaşadılır – TƏFSİLAT

Oqtay Şirəliyevə Səfər Əbiyevin aqibəti yaşadılır – TƏFSİLAT

Son günlər ölkə gündəmininin əsas müzakirə mövzusu səhiyyə sistemində baş verən dəhşətli hadisələrdir.


 


AzToday.az xəbər verir ki, Azərbaycanda həkim səhlənkarlıqlarının bir-birini əvəz etməsi nəticəsində ardıcıl faciələrin yaşanmas bütün diqqətləri nazir Oqtay Şirəliyevin üzərinə çəkib.  


 


Geniş ictimaiyyət səhiyyə sistemində baş verən özbaşınaliqlarda naziri günahkar bilir və son günlər hakimiyyətyönlü medianın da tənqid hədəfi Oqtay Şirəliyevdir.


Mediada yazılanlara inansaq, tezliklə Oqtay Şirəliyev vəzifəsindən azad ediləcək və bunun üçün çoxlu səbəblər var.


 


Bu arada qeyd edək ki, Səhiyyə Nazirliyi ətrafında baş verənlər bir növ sabiq müdafiə naziri Səfər Əbiyevin istefaya göndərilməsi xatırladır. Səfər Əbiyevin də vəzifəsindən çıxarılması üçün ordudakı neqativ hallar ictimailəşdirilir və əsgər ölümlərinə görə müdafiə naziri tənqid hədəfinə tuş gəlirdi. Həmin zaman da hakimiyyətin nəzarətində olan mətbuat Səfər Əbiyevi günahkar çıxardaraq, onun üzərinə "səlib yürüşü” təşkil edirdi. 


 


2013-cü ilin əvvəlində əsgər ölümlərinə görə Bakıda aksiya keçirilməsi və polisin aksiyaya demək olar müdaxilə etməməsi Səfər Əbiyevin vurulması sifarişinin "yuxarı”dan gəldiyini göstərirdi. Nəticədə Səfər Əbiyev postu ilə vidalaşmalı oldu. Və onun yerinə hakimiyyətdə ciddi dəstəkçiləri olan Zakir Həsənov gətirildi. Hazırda oxşar proses Oqtay Şirəliyev üçün gedir. Səhiyyə sistemindəki bütün neqativlər onun ayağına yazılır. Bu yazılanlarda böyük həqiqət payının olduğunu deməmək günah olardı. Ancaq fakt budur ki, Oqtay Şirəliyevin rəhbərlik etdiyi səhiyyə sahəsindəki neqativlər başqa qurumlardakından o qədər də çox deyil.


 


AzToday.az-a daxil olan məlumatlara görə, Oqtay Şirəliyev üçün qurulmuş bu oyunun arxasında hakimiyyətdaxili qruplaşmalar arası mübarizə durur. Belə ki, hakimiyyətdəki Bakı klanının üzvü Oqtay Şirəliyev Naxçıvan qruplaşmasının hədəfindədir. Naxçıvan qruplaşması Oqtay Şirəliyevi səhiyyə nazirinin birinci müavini Elsevər Ağayevlə əvəzləmək istəyir. Hansı ki, Səhiyyə Nazirliyində baş verən bütün özbaşınalıqlar və qanunsuzluqlar Oqtay Şirəliyev qədər Elsevər Ağayevin də ayağına yazılmalıdır.


 


Məlumatda iddia olunur ki, son baş verən proseslərin geniş ictimailəşdirilməsində Elsevər Ağayev xüsusi canfəşanlıq edir və Oqtay Şirəliyevi dövlət başçısının gözündən salmaq üçün müxtəlif səpkili məlumatları dövriyyəyə buraxır.


 


Qeyd edək ki, Elsevər Ağayev Naxçıvan Muxtar Respublikasında anadan olub. Səhiyyə sistemində baş verən rəhbər dəyişiklilərinə rəğmən Elsevər Ağayev postunu toxunulmaz saxlayıb. Bütün bunlar Elsevər Ağayevin yüksək vəzifəli şəxslər tərəfindən himayə edildiyini deməyə əsas verir.

Teqlər:
Bu xəbər cəmi 1540 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR