Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avstraliya səfirliyinin binası neçəyə kirayəyə götürülüb?

Avstraliya səfirliyinin binası neçəyə kirayəyə götürülüb?


Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov və mühasib Araz Xasıyev barədə araşdırmalar davam edir.



Artıq bir ildir ki, uzaq qitədə ölkəmizi təmsil etməyə göndərilmiş bu şəxslər barədə həm Azərbaycan, həm də Avstraliya mediasında çoxsaylı yazılar dərc edilib. Meydan TV apardığı araşdırma nəticəsində bir neçə sənəd əldə edib.



Həmin sənədlərdən belə görünür ki, səfirliyin inzibati binası üçün dövlət büdcəsindən ayrılan pulların 80 min ABŞ dolları civarında məbləği "yoxa çıxıb”.



2013-cü ilin avqustunda Avstraliyanın paytaxtı Kanberra şəhərində 5 Mialli Place, O`Malley ünvanında yerləşən bina "Manuka Prestige Property Group” əmlak şirkəti vasitəsilə səfirliyin inzibati binası kimi 3 illik müqavilə ilə kirayəyə götürülüb. Müqaviləni R.Cəmşidov və A.Xasıyev imzalayıblar.





Ancaq real icarə haqqı müqavilədə göstəriləndən daha çox qeyd edilib. Belə ki, Avstraliya aparıcı əmlak alqı-satqısı və kirayəsi üzrə fəaliyyət göstərən internet səhifəsində (realestate.com.au) həmin binanın 2013-cü ilin avqust ayında həftəsi 1800 Avstraliya dollarına təklif olunduğuna və icarəyə götürüldüyünə dair məlumat verilib. Səfirliyin rəsmi hesabatında isə bu rəqəm həftəlik 2699.26 Avstraliya dolları olaraq göstərilib.





Səfir təxminən hər ay 2348.35 ABŞ dolları mənimsəyir



Səfirliyin inzibati binası üçün təyin olunmuş həftəlik 1800 Avstraliya dollarının aylıq ekvivalenti 7821.42 Avstraliya dollarıdır (hesablama 1800/7×365/12). 2013-cü ilə aid səfirliyin rəsmi hesabatında isə bu rəqəm 9153.00 ABŞ dollarıdır ki, bu da 10520.68 Avstraliya dollarına bərabərdir. (2013-cü il üzrə Səfirliyə verilmiş xüsusi mübadilə 0.87 ABŞ dolları = 1 Avstraliya dolları olmuşdur.) Buradan belə bəlli olur ki, 2013-cü ildən bu yana hər ay inzibati bina kirayəsinin müqaviləsinə şişirdilmiş məbləğ yazaraq 2699.26 Avstraliya dolları, başqa sözlə, 2348.35 ABŞ dolları məbləğində vəsait büdcədən əlavə götürülür.



Azərbaycanın Avstraliyadakı səfirliyi 2013-cü ilin mayından fəaliyyətə başlayıb. Məlumat üçün deyək ki, 2015-ci ilin iyul ayında səfirliyin üçüncü katibi Anar Həsənov, səfir Rövşən Cəmşidovun maliyyə maxinasiyaları barədə məlumat vermişdi. Katibin mediada yaydığı məlumatda bildirilirdi ki, səfir Rövşən Cəmşidov səfirliyin mühasibatçısı A.Xasiyevin həyat yoldaşı Ləman Xasıyevanı özünə katibə götürərək, ona ayda 2700 ABŞ dolları əmək haqqı təyin edib. Katibənin adına maaş yazılsa da, o işə çıxmayıb.



Səfir-mühasib cütlüyünün diplomatik imtiyazlardan istifadə edərək külli miqdarda siqaret və içki biznesi ilə məşğul olduğuna dair araşdırma yazısı daha əvvəl Meydan TV-də yayımlanıb (Səfirliyin sifarişi: 2 ton pivə, 40 min siqaret, 520 litr spirtli içki). Sənədlərə əsasən yazıda qeyd olunur ki, səfir və mühasib 2 ton pivə, 40 min ədəd siqaret və 520 litr spirtli içkini Avstraliyada diplomat kimliklərindən istifadə edərək sifariş verib və bunların qara bazarda satış üçün nəzərdə tutulduğu ehtimal olunur.

Anar Həsənov katibə ştatı ilə bağlı yaydığı məlumatlardan sonra tutduğu vəzifədən azad edilib və hazırda mühacir həyatı yaşayır.



XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə Azadlıq Radiosuna bildirib ki, Anar Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq fəaliyyəti müddətində "Diplomatik xidmət haqqında” qanun, "XİN haqqında” Əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna və ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib və uzunmüddətli ezamiyyətdən geri çağrılıb.



​Mətbuat katibi deyib ki, Anar Həsənovun "xidməti xarakter daşıyan bir sıra sənədləri KİV-ə ötürməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışın nümunəsidir:

"Xarici İşlər Nazirliyi sistemi dövlət qulluğunun xüsusi formasıdır və fəaliyyətində qüsurlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür”.



Anar Həsənov isə qeyd edir ki, Xarici İşlər Nazirliyi əslində onun səsləndirdiyi faktları araşdırmaq əvəzinə onu cəzalandırır.(azadliq.info)


Teqlər:
Bu xəbər cəmi 1580 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR