Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

246 saylı bağçada diplomsuz müdirənin "AYAQYOLU ƏMƏLİYYATI"

246 saylı bağçada diplomsuz müdirənin


Prezident Adminstrasiyasının Humanitar Məsələləri üzrə Şöbəsinin müdiri Fatma xanım Abdullazadə: Bağça və uşaq evləri uşaqlar üzərində qaravolçuluq prinsipinə əsaslanmamalıdır



Orada əsl məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr həyata keçirilməlidir. Xüsusilə körpələrin təliminin pedoqoji qanunlar əsasında öyrədilməsi tərbiyəçilər tərəfindən lazımınca yerinə yetirilməlidir. Təbiyəçi, müəllim bilməlidir ki, təlim olmadan onun tərbiyə etdiyi körpə sabah nümunəvi məktəbli, sonrakı mərhələdə intellektual bir gənc ola bilməz. Və ya həmin uşaqda böyüyəndə rəzil əxlaqın formalaşması mümkündür ki, bu da xalqın, dövlətin mədəni inkişafına əngəldir. Uşaqlarda körpəlikdən inandırma, yetişdirmə, ərsəyə gətirmə olmasa, körpənin 1-ci sinfə gedəndə mənimsəmə, qavrama qabiliyyəti olmayacaq və ya çox aşağı səviyyədə olacaq. Çünki təlim olmadan tərbiyə, tərbiyə olmadan isə təhsilin olması mümkünsüzdür. Təlim olmadan 3-5 yaşlı uşaqlarda əxlaq tərbiyəsinin əldə edilməsi çətin olur, bəzən də mümkün olmur. Körpə davranış tələblərini təlimin əsasında başa düşə bilir. Və bunu təbii ki, savadlı tərbiyəçi müəllimlərin nəzarəti altında qavrayır. Bir sözlə, körpənin təlimi yoxdursa, tərbiyəsi və təhsili də formalaşmır. Körpə sabahkı şagirddir və onun ev tapşırığını müstəqil şəkildə icra etməsi özünütəlimdir. Prosesdən qazanılan bilik özünütəhsildir. Bu varsa, körpənin inkişafında şüur, təfəkkür, məsuliyyət hissi, intizam, əxlaq hamısı ümumilikdə formalaşır və bu özünütərbiyə adlanır. Hər halda elm belə deyir və bu ruhda böyüyən gənc oğurluq, cinayət, intihar və s. xoşagəlməz hallardan uzaq olur. Bütün bunların əsası və bünövrəsi məktəbəqədər təhsil müəssisələrində qoyulur. Demək, biz bu gün qışqırırıqsa, çağırışlar ediriksə ki, təhsili inkişaf etdirməliyik, bunları, o cümlədən, orta məktəbdən əvvəl uşaq bağçaları və uşaq evlərində axtarmalıyıq. Bunu orada məktəbəqədər pedaqogika elmini bilən tərbiyəçi müəllimlərdən istəməliyik. Körpə 1-ci sinfə hazırlıqlı gəlməlidir. Əslində biz şagird üçün baza olan məktəbəqədər təhsil müəssisələrini inkişaf etdirib, diqqəti ora yönəltməliyik. Bunlar olmazsa, gələcəkdə intihar, oğurluq, cinayət hadisələrinin sayını minimuma sala bilmərik.



Uşaq bağçalarına olan diqqət və qayğı daima ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın nəzarətində olması danılmazdır. Elə bu səbəbdən Heydər Əliyev Fondunun böyük dəstəyi nəticəsində ölkədə yeni məktəbəqədər təhsil binalarının istifadəyə verilməsi bariz nümunəsidir.



Lakin təəssüflər olsun ki, bəzən mövcud imkanlardan “acgöz müdirlər” öz şəxsi mənfəətlərini artırmaq üçün prinsip etibarilə hiyləgərcəsinə istifadə edirlər. Son vaxtlar media portallarında “Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov cənabına 246 saylı məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Ələkbərova Xalidə Hümbət qızının qanunsuz əməlləri” ilə bağlı başlıqlı yazılar dərc edilmişdir. Belə ki, Gündəm-xəbər-ə daxil olan məlumatlarda bağçada hökm sürən rüşvətxorluq, korrupsiya pikk nöqtəyə çatdığı bildirilir. Bağça müdirəsi Ələkbərova Xalidə Hümbət qızı bütünlüklə iş funksiyasını rüşvət, korrupsiya üzərində qurmasından, bağçada baş verən böyük yeyinti hallarından, ələlxüsus, hər həftənin şənbə günləri uşaqlar üçün ayrılmış ərzağın mənimsənilməsindən (nəzərə alsaq ki, şənbə günlər uşaqlar demək olar ki, olmur), bağça üçün ayrılmış iki gözətçidən birinin belə işə çıxmamasından, yəni müdirə həmin gözətçilərə ayrılmış aylıq məvacibləri şəxsən mənimsəyir, ilkin olaraq bağçaya uşaq götürülərkən valideynlərdən 200-300 manat pul alınmasından və s. qanun pozuntularından bəhs edilir. Məlumatlarda bildirilir ki, X.Ələkbərovanın qanunsuz əməlləri yoxlanarkən həqiqətən də qanunsuz əməllərin hökm sürdüyü aşkarlanmışdır.



“DİPLOMSUZ MÜDİR”



Maraqlıdır, orta ixtisas təhsili olan müdirənin müdir kimi fəaliyyət göstərməsi daha hansı “maraqlara” xidmət göstərir? Görəsən, cənab başçının bağça müdirəsinin ali diplomu olmamasından və bunu hər kəsdən gizlətməsindən xəbəri varmı?



“GÖZƏ GÖRÜNMƏZ” VƏ YAXUD “ÖLÜ CANLAR”



Gülünc haldır ki, aparılan yoxlamalar formal xarakter daşıdığından rəsmi “texniçka” kimi çalışanlar daha çox “müəllimə” kimi işləməsi gözə görünür. Eyni zamanda bağçada adı olub, özü olmayan ona qədər işçinin aylıq məvacibini “yeməsi” burada “ölü canlıların” olmasından xəbər verir.



FONDUN DAĞILSIN FOND YİYƏSİ



Təəssüflər olsun ki, hətta yoxlamalardan sonra belə “arxalı müdir” “fond pulu” adı altında valideynlərdən hər ay 30 manat məbləğində pul yığır. Maraqlıdır, X.Ələkbərova kimin himayədarlığı altındadır ki, aparılan “yoxlamaların” nəticəsində belə indiyə qədər onun haqqında heç bir ciddi cəza tədbiri görülməyib. (“Himayədar” haqqında jurnalist araşdırmalarımız davam edir...)



BAĞÇADA “YOXLAMA”, YOXSA “AYAQYOLU ƏMƏLİYYATI”



Ən acınacaqlısı odur ki, yoxlama prosesi gedərkən X.Ələkbərovanın xüsusi tapşırığı ilə bağçada yerləşdirilən əlavə uşaqlar bağçanın ayaqyolusunda saatlarla bağlı şəkildə saxlanılmışdır. Öz şəxsi maddi maraqlarını hər şeydən üstün tutan, hərəkətlərinə heç bir şəkildə qiymət verilməsi mümkün olmayan X.Ələkbərovanın əməlləri təsdiqini taparsa, BŞİH-nin başçısı Hacıbala Abutalıbov tərəfindən cəzasız qalması mümkünsüzdür. (rublika.az)


Teqlər:
Bu xəbər cəmi 1690 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR