Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qorxmaz Hüseynova son zərbə: “Azərsu”nun bank hesablarına həbs qoyuldu

Qorxmaz Hüseynova son zərbə: “Azərsu”nun bank hesablarına həbs qoyuldu


Azərbaycan Vergilər Nazirliyi büdcə öhdəliklərini tam yerinə yetirməyən vergi ödəyicilərinə qarşı sərt addımlara start verib. Vergilər Nazirliyinin qəzəbinə tuş gələn dövlət qurumlarından biri də “Azərsu” ASC-dir. Saytımıza daxil olan informasiyada bildirilir ki, artıq qurumun bütün bank hesablarına həbs qoyulub, bu isə öz növbəsində “Azərsu”da maaşların ödənməsi ilə bağlı ciddi problemlər yaradıb.



Xatırladaq ki, “Azərsu” ASC-nin vergi borcları məsələsi uzun müddətdir ki, gündəmdədir. Əvvəllər dövlət büdcəsinə ödənmələrdəki kəsirlə bağlı müəyyən güzəştlər tətbiq edilirdisə, artıq həmin güzəştlərdən söhbət belə gedə bilməz.

Belə ki, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması fonunda dövlət büdcəsini doldurmaq üçün vergilər naziri Fazil Məmmədovun üzərinə öhdəlik qoyulması onu hakimiyyətdəki oliqarxlarla üz-üzə qoyub. Bu baxımdan hazırda durumu daha ağır olan məmur-oliqarxlardan biri məhz “Azərsu” sədri Qorxmaz Hüseynovdur.

Məlumatda həmçinin qeyd olunur ki, may ayından etibarən “Azərsu” ASC-nin tabeçiliyindəki idarələrdə maaşların verilməsinə qoyulan qadağa Qorxmaz Hüseynova qarşı daxili narazılığın artmasına səbəb olub. Əmək haqqlarının vergi yoxlamalarının tam olaraq yekunlaşmasından sonra ödənəcəyini bildirən mənbəmiz təftişlərin yaxın zamanda bitəcəyini düşünmür:(24saat) “Bu yoxlamalar təkcə vergi borcları ilə bağlı olmayıb, həm də “Azərsu”dakı yeyinti faktlarını əhatə edəcək. Yoxlamaların yekunu olaraq Qorxmaz Hüseynovun görəvindən alınacağı da mümkün ehtimallar arasındadır. Qurumda Qorxmaz Hüseynovun yaratdığı qohum-əqraba şəbəkəsi, dövlət vəsaitinin mənimsənilməsi, ödənişlərin yığılmasındakı maxinasiyalar, su və kanalizasiya xətlərinin çəkilişindəki ciddi nöqsanlar sədri çıxılmaz duruma sala bilər”.(24saat.org)


Teqlər:
Bu xəbər cəmi 1290 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR