14 yanvar 2016 cı ildə Azad.Media-ya daxil olon digər məlumata görə , Bakı rayonlarından birinin icra başçısı təxminən 2015-cı ilin dekabr ayında başının dəstəsi ilə Xızıya ova gedib. Ov ovlamaq, quş quşlamaq ehtirası ilə tüfəngi əlinə alan icra başçı növbəti gülləsini təsadüfən yerli sakinlərdən birinə çaxıb. Düzgün nişan ala bilməyən başçının gülləsi Xızının Fındığan kəndindən olan zavallı kişinin, xoşbəxtlikdən, qoluna dəyib. Yaralının qol sümüyü ciddi zədə alsa da, özü ölüm təhlükəsindən ötüşüb.
Məlumatı çatdıran yerli mənbələr deyirlər ki, həmin icra başçısı ov üçün Xızıda tez-tez peyda olur. Xızı camaatı az qala onun bu rayonda işlədiyini zənn etməyə başlayıblar. Təəccüblənirlər ki, “iki günün biri” Xızıya ova gələn icra başçısı Bakıdakı, rəhbərlik etdiyi rayonla bağlı işlərini görməyə necə vaxt tapır?
O da məlum olub ki, icra başçısının yaraladığı şəxs əslən Ermənistanın Qafan rayonundandır.
Başqa bir məlumata görə, həmin icra başçısı Nərimanov RİH başçısı Abdin Fərzəliyev imiş. A.Fərzəliyevin ova çox həvəsli olduğu, tez-tez rayonlara ov üçün və istirahət üçün getdiyi deyilir. Əsasən əyləncələrə daha çox vaxt ayıran icra başçısı rayonun idarəetmə işlərini Şahmar müəllimə tapşırıb.Bundan istifadə edən
Şahmar İbadov geniş biznes imkanlarına malik olub. Nərimanov rayonunda “Çanaqqala”, “Pürrəngi” , Nərimanov parkının içində yerləşən obyektlər hamısı onun təsir dairəsindədir və o bu rıçaqlardan çox məharətlə istifadə edir.
Saytımıza verilən məlumata görə Şahmar İbadov hər yerdə öyünür ki, Abidin Fərzəliyevə güclü təsir rıçaqları var. O hətta yaxın çevrəsində öyünmüşdür ki, nəinki A. Fərzəliyevi hətta Nərimanov rayonunu belə o idarə edir.
Zamanında İmişli rayonuna icra başçısı vəzifəsinə getmək təklifi alan Şahmar İbadov məhz Nərimanov rayonundakı mövqeyinə görə bu təklifdən imtina etdiyini də yaxın ətrafına deyib.
Milletinsesi.az-a verilən məlumata görə Nərimanovdakı bütün obyektlərin arxasında ya birbaşa və ya qismən Şahmar İbadov dayanır.
Bu gün Nərimanov rayonunda gedən tikintilər, tikinti üçün verilən icazələr (təbii ki, çox böyük məbləğdə şirinlik hesabına), ümumən Nərimanov rayonunda görülən bütün işlər Nərimanov Rayon İcra hakimiyyətinin 1 – ci müavini Şahmar İbadovun xeyir duası ilə görülür. Şahmar İbadov əslində bu gün rayon ərazisində icra hakimi funksiyasını yerinə yetirir. Hətta bəzi söhbət etdiyimiz adamlar onu rayonun “Boz kardinal”- ı belə adlandırırlar. İcra aparatında məmurlardan özündən asılı bir təbəqə yaradan müavin başçının yerinə keçmək arzusunu dəfələrlə dilə gətirib.
Qarşı tərəfi dinləməyə hazırıq!