Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Magistrlarla bağlı fərmanın müstəsna əhəmiyyəti var”

“Magistrlarla bağlı fərmanın müstəsna əhəmiyyəti var”


Təhsil naziri Mikayıl Cabbarov prezidenti İlham Əliyevin fərmanı ilə bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanunun qüvvəyə minməsini elm və təhsil insanları üçün əlamətdar hadisə olduğunu vurğulayıb.



“Yenimeydan.info” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan nazir bildirib ki, bu, Azərbaycan təhsili və elminin gələcəyinə qoyulan sərmayə, inkişafımızın insan kapitalı ilə bağlı olmasının təzahürüdür: “Elm gücdür! Bu ifadə dünyamızın inkişaf ideologiyasının açar sözləridir. Azərbaycan gənci də elmi dünyagörüşü ilə, inkişafın lokomotivi olmaq enerjisi ilə bu sərmayədən faydalana biləcək. Ölkəsinin gücünə güc qatmaq üçün təhsildən, elmdən bərk tutacaq, elmi nailliyyətlərə yiyələnmək üçün təhsilinin fasiləsizliyindən yararlana biləcək.



Cənab Prezidentin imzası ilə təsdiq olunan bu fərmanın müstəsna əhəmiyyəti var. Gənclərin elmə daha geniş cəlb olunmasına imkan yaradılması ilə yanaşı, fərmanın sosial mahiyyəti ondan ibarətdir ki, elmimizin inkişafında bir çox cəhətdən əngələ çevrilən yaş, cins qeyri-bərabərliyinin bərpa olunması üçün yeni reallıq yaranacaq.

İkinci tərəfdən bu bir həqiqətdir ki, Azərbaycan əhalisinin böyük bir qismini gənclər təşkil edir.Gənclik qüvvəsinin elmə daha artıq qatqısı sinerji effekti yaradır. Bu güc isə böyük ixtiraların, innovasiyaların və beləliklə, dünyada ölkələrin üstün nüfuz göstəricisinə çevrilən elmi nəticələrin qazanılması deməkdir.



Ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri də innovativ layihələrin həyata keçirilməsi üçün şərait və mühitin yaradılmasıdır. Bizneslə elmi ixtiraların görüş nöqtəsi üçün ən münbit və müvafiq yer məhz universitet olmalıdır”.


Teqlər:
Bu xəbər cəmi 880 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR