Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SOCAR-ın Türkiyədə gizli biznes şəbəkəsi ARAŞDIRMA

SOCAR-ın Türkiyədə gizli biznes şəbəkəsi ARAŞDIRMA
SOCAR-ın türkiyəli tərəfdaşı nəhəng tikinti layihələrini udur


Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Tekfen Construction” şirkətini o qədər bəyənir ki, 2008-ci ildə onu almağa çalışır.



Ancaq bu sövdələşmə 2008-ci ildə başlamış dünya maliyyə böhranı səbəbindən baş tutmamışdı. Ona görə də SOCAR “Tekfen”lə birlikdə işləməyin başqa yolunu tapıb. O, 2009-cu ildən bəri “Tekfen”ləTənqidçilərin sözlərinə görə, bu layihələrin bəzilərinin nəzərdə tutulmuş vaxtda tamamlanmamasına və büdcədə nəzərdə tutulmuş məbləğləri xeyli aşmasına baxmayaraq, bu əməkdaşlıq davam edir.



“Tekfen” 60 il əvvəl üç türk mühəndisi tərəfindən yaradılıb. Onlardan ikisi hələ də sağdır. Onlar indi 90 yaşlarındadırlar. Həmin üç yaradıcının ailələri bu gün də şirkətin səhmlərinin 56%-nə malikdir. Səhmlərin yerdə qalan 39%-i isə Türkiyə birjasında satın alına bilər.



“Azfen” müştərək müəssisəsi 1996-cı ildə yaradılıb. Bu müəssisə SOCAR-la “Tekfen”in müştərək şirkətidir. SOCAR “Azfen”in səhmlərinin 60%-nə, “Tekfen” isə 40%-nə nəzarət edir.



“Azfen” bir sıra yüksəkgəlirli tikinti layihələrini udub. Bu isə o deməkdir ki, dövlət şirkəti olan SOCAR tenderləri öz biznes tərəfdaşına qazandırıb.



Bununla yanaşı, “Tekfen”in özü də Azərbaycanda ən böyük tikinti layihələrini qazanmağa davam edir. Baxmayaraq ki, bu layihələrin bir neçəsi nəzərdə tutulan vaxtdan gec təqdim olunub və təklif olunan büdcəni aşıb.



Azərbaycanda “Azfen”ə qazandırılmış böyük tikinti müqavilələrinin bir hissəsi bunlardır:



Qazı Xəzər dənizindəki nəhəng Şahdəniz yatağından bütün Azərbaycan boyu daşıyacaq 122 sm diametrli qaz kəmərinin çəkilişi. SOCAR-ın Qaz Əməliyyatları Departamenti bu layihəyə rəhbərlik edib.



Xəzər dənizindəki ofşor platformalarda aparılmış mühüm tikinti işləri.



Xəzər dənizindən çıxarılan neft və qazın ixrac edilməzdən əvvəl emal olunduğu 550 hektarlıq Sanqaçal Terminalının genişləndirilməsi.



Sanqaçal Terminalından başlayaraq Gürcüstan sərhədinə qədər bütün ölkənin ərazisindən keçən Qərb boru kəmərinin tikintisi.

Gürcüstanın Qara dəniz limanı olan Supsada xam neft terminalının tikilməsi



Bu tərəfdaşlıq “Azfen” üçün çox sərfəli oldu. Şirkət işinin keyfiyyətinə görə SOCAR-dan tərif də qazandı. “Azfen” böyüməkdə davam edir. Onun kapitalı 2014-cü ildə 124 milyon manat (82 milyon dollar) olmuşdusa 2015-ci ildə iki dəfədən çox artaraq 258 milyon manat (170 milyon dollar) olub. (Bunlar indiki məzənnələrdir. 2015-ci ilin yanvarında manarın dollara nisbətdə öz dəyərinin yarısını itirməsi nəzərə alınmalıdır).



“Azfen”in layihələrindən başqa “Tekfen Construction” şirkətinin Azərbaycanda öz işləri də yaxşı gedir. 2009-cu ildən bəri o, Azərbaycanda ümumi dəyəri 2 milyard dollardan çox olan layihələri qazanıb. Üstəlik, bu layihələrlə bağlı hər hansı tenderin elan olunduğu də nəzərə çarpmır.



Bu layihələrin içində ən nəzərə çarpanları söz verildiyi tarixdən xeyli gec təhvil verilib və son dərəcə baha başa gəlib. 2015-ci ilin yanvarında Azərbaycanın milli valyutası olan manatın dollara nisbətdə öz dəyərinin 50%-ni itirməsinə baxmayaraq, bu xərclər hələ də davam etməkdədir.



Azərbaycanda “Tekfen”ə verilmiş layihələrə aşağıdakılar daxildir:



Bakı Olimpiya Stadionu, 850 milyon ABŞ dolları



SOCAR Tower binası, 382 milyon ABŞ dolları



Azəri-Çiraq-Günəşli dəiz yatağındakı layihələr, 248,5 milyon ABŞ dolları



Neft platformaları üçün modilyar binaların tikilməsi və quraşdırılması, 207 milyon ABŞ dolları



Xəzər dənizindəki yeni Şahdəniz-2 qazma layihəsinin modulyar binalarının tikilməsi və quraşdırılması, 262,3 milyon ABŞ dolları



Azərbaycan qanunları tender müsabiqəsi olmadan müqavilələrin imzalanmasını qadağan edir. İstisnalar bunlardır:

Mallara (iş və xidmətlərə) təcili tələb yaranarsa və tender prosedurlarının və ya hər hansı başqa satınalma metodunun həyata keçirilməsi məqsədəuyğun olmazsa;



Əvvəlcədən görülə bilməyən hallar nəticəsində təcili tələb yaranarsa, yaxud da bu hallar satınalma agentliyinin ləngimələrinin nəticəsi olmazsa;



Bu mallara (iş və xidmətlərə) təcili tələb fövqəladə hallarla bağlı ortaya çıxarsa və digər satınalma metodları çox vaxt tələb edərsə.



2011-ci il noyabrın 15-də Azərbaycan Nazirlər Kabineti 370 saylı qərar qəbul edib. Nazirlər Avropa Azərbaycanılarının Konqresi, beynəlxalq musiqi festivalı və 2012-ci ilin Avroviziya Mahnı Müsabiqəsi kimi gələcək tədbirləri qeyd ediblər.



“2012-ci ildə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin əhəmiyyətini nəzərə alaraq müstəsna hal kimi qərarın 2-ci hissəsində göstərilmiş işlər (layihələr) vahid mənbə tərəfindən görülə bilər,” deyə qərarda göstərilir.



İqtisadçı və Respublikaçı Alternativ (ReAL) Hərəkatının İdarə Heyətinin icraçı katibi Natiq Cəfərli qeyd edir ki, “əslində bu qanun pozuntusudur. Bu qərar bir sıra layihələrin dövlət satınalmaları və tenderlər barədə qanunlara əməl etmədən keçməsinə yol açdı”.



Sadalanan tədbirlərin hamısı bir neçə il əvvəldən planlaşdırılmışdı. Tənqidçilər deyirlər ki, tender qaydalarının kənara qoyulmasına haqq qazandırmaq üçün hər hansı bir fövqəladə, yaxud təcili hadisə baş verməmişdi.



“Dövlət Satınalmaları barədə qanunda tenderin keçirilməsinin vacib olmadığı hallar izah olunsa da, Nazirlər Kabineti bu qərarı təsdiq etməlidir”, deyə hüquqşünas Müzəffər Baxışov yazır. “Təcili bir hal varsa, onlar bunu sübut etməlidirlər. Bu halda təcili ehtiyac nəylə sübut oluna bilər? Tikinti işləri nə qədər davam edəcək? Bəlkə heç belə bir qərara ehtiyac da yox idi? Qanunun bu maddəsi tender keçirməmək üçün əsas kimi göstərilə bilər”.



Hələ 2008-ci ildə SOCAR birbaşa “Tekfen”ə sərmayə qoymağı planlaşdırmışdı. O, “Tekfen Tikinti və Quraşdırma” şirkətinin səhmlərinin 50%-ni əldə etmək üçün saziş imzalamışdı. Şirkətin yeganə sahibi türk konqlomeratı olan, hələ 1956-cı ildə üç türk mühəndisi tərəfindən yaradılmış “Tekfen Holding” idi.



Bundan başqa, 2008-ci ildə Türkiyədə yerləşən gəmiçilik nəhəngi “Palmali Group”un prezidenti Mübariz Mənsimov “CNBC Biznes” jurnalına demişdi ki, “Palmali” SOCAR-a 520 milyon dollar ödəyəcək və beləliklə, iki şirkət “Tekfen Construction”dakı paylarının tən yarı böləcəklər.



O zaman 2008 – 2009-ci illərin qlobal maliyyə böhranı bu sövdələşmələrin heç birinin baş tutmamasının səbəbi kimi göstərildi. Ancaq Azərbaycanda “Tekfen”in öz layihələri 2009-cu ildən sonra sürətlə çoxalmağa başladı.



2009-cu ildən əvvəl “Tekfen Construction”ın Azərbaycandakı layihələri əsasən neft və qaz sektoru ilə bağlı idi. Ancaq 2009-cu ildən sonra “Tekfen” çoxmilyonluq qeyri-enerji layihələrini həyata keçirməyə başladı. Bura Bakıda yerləşən 42 mərtəbəli SOCAR Tower binası və 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından əvvəl Bakı Olimpiya Stadionunun təkmilləşdirilməsi də daxildir.



SOCAR Tower və Bakı Olimpiya Stadionu layihələrinin hər ikisinin dəyəri nəzərdə tutulmuş büdcəni ciddi şəkildə aşır. SOCAR-ın binası 2013-cü ildə başa çatdırılmalı və 235 milyon dollara başa gəlməli olduğu halda yalnız 2016-cı il mayın 30-da açılıb və azı 385 milyon dollara başa gəlib.



Bakı Olimpiya Stadionuna gəlincə, onun layihədə nəzərdə tutulmuş dəyəri 640 milyon dollar idisə əslində o ən azı 850 milyon dollara başa gəlib. Nə Azərbaycanın büdcə sənədlərində, nə də SOCAR-ın maliyyə hesabatlarında bu məbləğin haradan gəldiyi göstərilmir.



2010-cu ilin martında SOCAR “Tekfen”i SOCAR Tower binasının tikintisi üçün seçib. Ancaq hələ 2008-ci ildə Türkiyə mediası “Tekfen”in bu binanı tikmək üçün seçildiyi barədə yazırdı.



65000 yerlik Bakı Olimpiya Stadionuna gəlincə isə, burada Azərbaycan Gənclər və İdman Nazirliyi sifarişçi, SOCAR podratçı, “Tekfen Construction” isə subpodratçı qismində çıxış edir.



Stadion layihəsi ilə bağlı heç bir tender keçirilməyib. Nazirlik layihəni SOCAR-a Dövlət Satınalmaları barədə Qanunun istisnalarla bağlı bəndinə əsaslanaraq verib. Bu bənddə göstərilir ki, təcili hallarda tender keçirmək tələb olunmur.



Bu halda da stadionun təkmilləşdirilməsinin təcili vəziyyət olduğunu iddia etmək çətindir. Belə ki, layihənin planlaşdırlmasına hələ 2006-cı ildə, rekonstruksiya işlərinə isə 2011-ci ildə başlanılmışdı. Layihədə təklif edilən işlərin heç də hamısı 2015-ci ilin iyununda Avropa Oyunlarının başlanmasına qədər başa çatdırılmamışdı.



SOCAR-ın özü-özünə layihə qazandırdığı başqa bir hal isə şirkətin uzunmüddətli tərəfdaşı ilə “Tekfen”in birlikdə “South Construction Service JSC” şirkətini yaratmasıdır. Bu şirkət Azərbaycanda yüzlərlə SOCAR və “Tekfen” işçisi üçün yaşayış evləri tikir.



“Tekfen Holding”in yeganə sahibi olduğu “Tekfen International Finance” bu şirkətin səhmlərinin 51%-nə nəzarət edir. Şirkətin səhmlərinin 45,7%-nə nəzarət edən “Trans Marine United Corporation” şirkəti isə Anar Əliyevə məxsusdur. 2013-cü ilin Global Witness hesabatında göstərilir ki, Anar Əliyevın adı SOCAR-ın azı 48 şirkəti ilə bağlıdır. Hesabatda iddia olunur ki, Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin qohumudur.



Səhmdarların 2014-cü ildə keçirilmiş görüşünün qeydlərinə görə, “South Construction Service” hər işçi üçün gündə 20 dollar alır. Şirkət 2014-cü ildə 765, 2015-ci ildə isə təqribən 500 işçini evlə təmin edib. Nəticə etibarilə “Tekfen” və “Trans Marine” özləri özlərinəkirayəhaqqı ödəyiblər.



SOCAR özünün “Tekfen” və “Azfen”lə sövdələşmələrini müdafiə edir.



SOCAR-ın qaydalarındakı paraqraf 2.3-cü bəndə görə, SOCAR özünün xüsusi vəzifələrinə aid olan müştərək layihələrin icrasını, o cümlədən zəruri investisiyaların, ən müasir texnologiya və avadanlığın cəlb edilməsini, habelə xidmətlərin təkmilləşdirilməsini ya qanuni qurumların yaradılması yolu ilə, ya da bunu etmədən həyata keçirir.



“Dünyada tanınmış “Tekfen Construction” tərəfindən yaradılmış “Azfen Joint Venture” şirkəti yaxarıda sözü gedən məqsədlərə xidmət edir.”  (meydan.tv)



 


 ümumi dəyəri 2 milyard dollar olan tendersiz müqavilələr imzalayıb.


Teqlər:
Bu xəbər cəmi 1555 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR