Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Laçının icra başçısı camaatın üzərinə buldozerlə gedir

Laçının icra başçısı camaatın üzərinə buldozerlə gedir
Aqil Nəzərli əhalini unudub, başı kadr dəyişikliyinə və pul qazanmağa qarışıb, ona görə də qəribə qərarlar verir


Laçının yeni icra başçısı Aqil Nəzərli hələ Akif Səlimov işdən çıxarıldıqdan sonra səlahiyyətləri icra edərkən belə rayon camaatının halına yanmayan adam kimi ad çıxarmışdı. Politika.Az xəbər verir ki, hələ ötən gün bir qrupp Laçın qaçqını ölkə mətbuatına müraciət edərək, düşdükləri durumdan bəhs etmişdilər. Onlar bildirmişdilər ki, icra başçısı Aqil Nəzərli onların vəziyyəti ilə maraqlanmır və düşdükləri durumdan dolayı nə edəcəklərini bilmirlər. 



Qeyd edək ki, bu yazıdan sonra Laçının İcra Hakimiyyəti ciddi şəkildə narahat olsa da, məsələni ədalətli şəkildə həll etmək yerinə hədə-qorxu dilində danışmağa başlayıb. Politika.Az-a verilən məlumata görə, Aqil Nəzərlinin başı hazırda kadr dəyişikliyinə və pul qazanmağa qarışdığından belə məsələlərlə bağlı qərarlarında ciddi səhvlərə yol verir. Elə bu səbəbdəndir ki, onun haqqında şikayətçi düşmüş Laçın sakinlərinin üzərinə buldozerlə getməyi tapşırıb. Bundan sonra ondan şikayət edənlərə qarşı da belə davranmağı tələb edib. 



Bildirək ki, Aqil Nəzərlinin bu tələbini Laçından olan məmurlar yerinə yetirməyiblər. Onlar üzdə «baş üstə» desələr də, belə bir addımın atılmasının rayonda dəhşətli vəziyyət yarada biləcəyini yaxşı anladıqlarından üzərlərinə getmirlər. Ona görə də, maksimum dərəcədə verilən qərarları ütülü şəkildə icra etməyə çalışırlar. 



Rayon camaatı deyir ki, əgər Aqil Nəzərli bu şəkildə davam edərsə, onun üzün müddət vəzifə başında qala biləcəyi inandırıcı deyil. Politika.Az-a danışan sakinlərin bildirdiyinə görə, yeni icra başçısının əhali ilə əvvəlkilər kimi davranması mahiyyət etibarı ilə etirazların başlanmasına gətirib çıxaracaq. Ona görə ki, onlar artıq mövcud şəraitə, məmur özbaşınalığına dözə bilmirlər. Vəziyyətin dəyişməsini tələb edirlər. 



Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.


Teqlər:
Bu xəbər cəmi 1145 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR