Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nissan G7 ölkələri liderlərinin sammitində diqqətləri öz üzərinə çəkib

Nissan G7 ölkələri liderlərinin sammitində diqqətləri öz üzərinə çəkib


Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin (G7) dövlət başçılarının növbəti sammiti 26-27 tarixlərində Yaponiyada keçirilib. Sammit ərzində Nissanın mahiyyətcə yeni – Nissan LEAF texnologiyası və prototipi əsasında hazırladığı Nissan Pro Pilot avtomobili böyük marağa səbəb olub. Sammit günləri ərzində 100% ekektrik enerjisindən qaynaqlanan, tam avtomatlaşdırılmış Nissan Pro Pilot tədbir iştirakçılarının ixtiyarında olub. Həmin günlərdə Avropa Şurasının sədri Donald Tuskun Nissan Pro Pilotla hərəkət etməsi və bu avtomobilin imkanlarından məmnun qalması diqqətdən yayınmayıb.



İse-Sima sammiti Nissan Pro Pilot üçün sınaq anlamına gəlirdi. Millimetr həssaslı radarlar, lazer skanerləri, kameralar və tam avtomatlaşdırılmış idarəetməni təmin edən interfeys bu unikal avtomobilin geniş imkanlarını nümayiş etdirmək üçün kifayət edib.



Yeni texnologiyaların üstünlüyünü sammit ərzində Nissan Pro Pilotdan istifadə edən Donald Tusk əməldə hiss edib. Onun avtomobili nəqliyyat vasitəsinin ətrafını 3D rejimində millimetr dəqiqliyi ilə ölçən və optimal hərəkət trayektoriayası cızan lazer naviqasiya sistemi ilə idarə olunub. Bu avtomobildə istifadə olunan digər bir inqilabı yenilik 8 istiqaməti 360° bucaq altında görməyə malik kameradır. Bu texnologiya dönmə əməliyyatları və yol kəsişmələrində manevrlər zamanı vəziyyəti avtonom şəkildə dəyərləndirməyə imkan verir və avtomobilə maneəsiz keçmə imkanı yaradır. Bu yenilik Nissanın ABŞ və Yaponiyada keçirdiyi sınaqlardan müvəffəqiyyətlə keçərək, texnologiya dünyasında yeni səhifə açıb. İnsan müdaxiləsi olmadan idarə olunan Nissan Pro Pilot avtomobili 2018-ci ildən etibarən hərəkət zolaqlarını vəziyyətə uyğun şəkildə dəyişməyi bacaracaq. 2020-ci ildən etibarən isə bu avtomobillərə ən sıx hərəkərli magistral və şəhər küçələrində rast gəlmək mümkün olacaq.


Teqlər:
Bu xəbər cəmi 1685 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR