Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gömrükdə yeni rüşvət mexanizmi

Gömrükdə yeni rüşvət mexanizmi
İş adamlarının rüşvətin məbləğini azaltmağı xahiş etməsindən qəzəblənən brokerlər daha çox rüşvət tələb edir və sahibkarları son məbləği verməyə məcbur edirlər


"Sədərək” Ticarət Mərkəzinin yaxınlığında yerləşən gömrük məntəqəsində idxalçılar inanılmaz korrupsiya maşını ilə üzləşiblər. Məntəqədə qoyulan xüsusi aparat idxal edilən avtomobillərin mühərriklərinin gücünə görə rüsum haqqını müəyyənləşdirir. Bu barədə “Yeni Müsavat”a ölkəyə avtomobil gətirən iş adamlarından biri məlumat verib. 



İş adamının sözlərinə görə, rəsmi rüsumla bağlı iş adamlarının heç bir problemi yoxdur: “Tutaq ki, xaricdən 5 min dollara alınan avtomobilə görə aparat 500 manat rüsum müəyyən edir. Bu pul rəsmi qaydada ödənilir və problem yaratmır. Ancaq sonradan gömrük sərhədində dayanan brokerlər gəlib iş adamından rüşvət tələb edir. Rüşvətin məbləği rəsmi rüsumdan ən azı 2 dəfə çox olur”.





Mənbənin sözlərinə görə, ən böyük şok rüşvətin məbləğinin razılaşdırılmasının gedişində yaşanır: “Tutaq ki, 5 min dollara xaricdən gətirilən avtomobilə görə 500 manat rəsmi rüsum müəyyən edilir. Broker isə ondan 1000 manat rüşvət tələb edir. İş adamı rüşvətin heç olması 100 və ya 200 manat az olmasını xahiş edir. Bu halda gözlənilməz cavabla üzləşir - broker artıq 1100 manat rüşvət tələb edir. Sahibkar növbəti dəfə güzəşt xahiş edəndə isə rüşvətin məbləği 1200 manata çatır. Beləcə sahibkarın hər xahişində rüşvətin məbləği 100 manat çoxalır. Bu, qətiyyən zarafat deyil. Axırda iş adamlarını son məbləği verməyə məcbur edirlər”.

Redaksiyamızı bilgiləndirən iş adamının iddiasına görə, bu qayda ona görə tətbiq edilir ki, iş adamları sövdələşməyə cəhd göstərməsinlər və tələb edilən məbləği dərhal ödəsinlər. Gömrük işçiləri bu prosesə müdaxilə etmirlər. Onlar yalnız dövlət rüsumunu alıb kənara çəkilirlər".

Gömrük sərhədlərində dayanan brokerlər “Transservis” MMC-nin işçiləridir. Onlar yalnız MMC-nin prezidenti Əbülfəz Məlikova tabe olduqlarını deyərək heç kimlə hesablaşmırlar. Gömrük sərhədlərində idxalçılardan xərac yığan brokerlərin adı müxtəlif qanunsuzluqlarda hallansa da, şirkət rəhbərliyi indiyə qədər bunu təkzib etməyib. Yəni MMC rəhbərliyi susmaqla yazılanların həqiqət olduğunu təsdiqləyir. Bununla belə, MMC rəhbərliyinin də səslənən ittihamlarla bağlı mövqeyini dərc etməyə hazırıq.



İqtisadiyyat şöbəsi


Teqlər:
Bu xəbər cəmi 3235 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR