Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

17 saat aclıq sınağı... - Sabahdan ayların sultanı başlayır

17 saat aclıq sınağı... - Sabahdan ayların sultanı başlayır


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının sabahdan başlaması ilə bağlı fətva versə də, oruc tutanlar arasında yenə ikitirəlik yaranıb. Belə ki, bir qisim müsəlman oruc tutmaq üçün sabahı gözləyir, ancaq bu gündən etibarən orucunu tutmağa başlayanlar da az deyil. Hər il Ramazan ayının ilk günü ilə bağlı bu müzakirələr aparılsa da, görünən odur ki, məsələ həllini tapa bilməyib.



Qafqazinfo” bu məqamda QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənlidən məsələyə münasibət öyrənib. Məşədi Dadaş məscidinin imam-camaatı bildirib ki, ramazan ayının ilk günü elmi hesablamalar nəticəsində müəyyən olunur:



“Qafqaz Müsəlmanlar İdarəsi ölkə üçün vahid təqvim hazırlayıb. Mən də komisiyanın üzvüyəm və bu təqvimin hazırlanmasında iştirak etmişəm. Şamaxı rəsədxanası ilə bir gə əməkdaşlıq nəticəsində bu təqvim hazırlanıb. Ramazan ayının əvvəli və sonu həmin təqvimdə göstərilib. Mütəxəssislər də təsdiq edir ki, Azərbaycanda ay ancaq bu gün axşam görünə bilər. Quranda da qeyd olunub ki, ayı görən zaman oruc tutun. Ölkələrin coğrafi mövqeyi fərqli olduğu üçün ay daha tez görünə bilər. Bu, tamamilə elmi bir şeydir və həm şəriət qanunlarına, həm də elmi hesablamalara görə ölkəmizdə Razmazan ayının ilk günü bu ayın 7-nə təsadüf edir”.



Bu il müsəlmanlar oruc tutmaq üçün təxminən 17 saat ac qalıb nəfslərini sınağa çəkəcəklər. Yay orucunun bir qədər çətin olduğunu vurğulayan Hacı Şahin hədislərdə də ibadətlərin ən üstününün daha çətini olduğunun göstərildiyini söyləyib:



“Yəni, yay orucunun savabı daha artıqdır. İnsan oruc tutmaqla həm də iradəsini möhkəmləndirir. Günün müəyyən saatlarında yemək-içməkdən uzaq durmaq həm insanın cisminə xeyirdir, həm də mənəvi baxımdan insanı gücləndirir. Oruc tutan insanlar üçün bu çətinliklər maneə yarada bilməz. Sadəcə olaraq qidalanmaya fikir vermək, axşam mayeni çox qəbul etmək lazımdır. Ağır yeməklərdən bacardıqca uzaq durmaq lazımdır. Bunu həm həkimlər məsləhət görür, həm də dinimiz də buyurur. Uzun müddət ac qaldıqdan sonra iftar zamanı birdən-birə çox yemək məsləhət görülmür”.



Hacı Şahin son olaraq onu da qeyd edib ki, insanlar kənardan baxdıqda oruc onlara çətin görünür. Ancaq oruc tutan zaman Allahın köməkliyi ilə orucunu rahat şəkildə başa vura biləcəyini anlayır.



Gənc fəal Pərvanə Qurbanlı oruc tutmağa bu gündən başlayanlardandır. Dediyinə görə, tərəddüdlü olub və sonradan nigaran qalmamaq üçün elə iyunun 6-dan orucludur:



“Ramazan ayı Tükiyədə də, Səudiyyə Ərəbistanında da bu gündən başlayırdı, qərarsız olduğumdan və ürəyim rahat olsun deyə mən də bu gündən başladım. Tutmasam, bütün ayı tərəddüd içində qalardım. Artıq 12-ildən çoxdur ki, oruc tuturam, həm nəfsim, həm də orqanizmam buna öyrəşib. Yəqin ki, vaxtın çox olmasının çətinliyi olacaq, havalar da istidir. Ancaq Allahın köməyi ilə dözmək mümkündür. Oruc tutan şəxslər bu günlərdə bayıra az çıxmağa çalışsınlar. Ağır, tənginəfəs edəcək işlərdən bir az uzaq olsunlar. Bir də orucu bağlayanda ən son çay içsinlər, bu susuzluğu uzun müddət saxlamağa kömək edir”.



Bəs daha çox tox qalmaq üçün hansı qidalardan istifadə etmək məsləhətdir?



Qeyd etdiyimiz kimi, Ramazan ayı yay vaxtına təsadüf etdiyindən imsakla iftar arasındakı zaman fərqi də böyükdür. Bu vaxt ərzində tox qalmaq üçün də həm lif, həm də zülalla zəngin olan qidalardan istifadə etməyə səy göstərilməlidir.



Zülal anbarı olan yumurta imsakda bir ədəd olmaq üzrə yeyilə bilər. Fındıq və fıstıq növləri arasında ən çox üstünlük edilənlər arasında olan badam doymamış yağ turşusu ehtiva edir. Xüsusilə imsakda qabıqlarıyla istehlak edilən alma tox durmanıza kömək edəcək. Taxıllı qidalar bağırsaq hərəkətini və mədənin işləyişini nizamlar. Kalium qaynağı olan banan da tox qalmağınıza kömək edər.



Aclıq hissini öldürmək üçün daha çox lifli qidalardan istifadə etmək lazımdır.



Tərkibi liflə zəngin olan 6 qida: moruq, paxlalı bitkilər, partlamış qarğıdalı, portağal, badam, yulaf.



QMİ-nin açılqdığı Ramazan təqviminə əsasən sabah üçün imsak vaxtı saat 03:20, iftar vaxtı isə 20:17-də təyin olunub.


Teqlər:
Bu xəbər cəmi 1185 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR