May ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolma 206 milyon 272.78 min manat təşkil edib.
Komitədən verilən məlumata görə, bu, aprel ayının daxilolması ilə müqayisədə 9,2% azdır. Apreldə komitə büdcəyə 227 milyon 396 min manat ödəmişdi.
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə, Yanvarda 103 milyon 626 min manat, Fevralda 139 milyon 635.7 min manat, Martda 173 milyon 653.49 min manat daxil olmuşdu.
Aprelə nisbətən daxilolmanın aşağı düşməsinin səbəbi əsasən gömrük rüsumu və ƏDV üzrə yığımların azalmasıdır.
May
Gömrük rüsumu üzrə
|
49351.15
|
Yol vergisi üzrə
|
12291.8
|
Cəmi
|
206272.78
|
Aprel
Gömrük rüsumu üzrə
|
54201.72
|
Yol vergisi üzrə
|
12002.55
|
Cəmi
|
227396.73
|