Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Cahangir Hacıyev azadlığa çıxacaq?

Cahangir Hacıyev azadlığa çıxacaq?


Nərimanov rayon Məhkəməsinin qərarı ilə “Beynəlxalq Bankın işi”nə görə həbs edilən oliqarxlardan 3 nəfər-Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev və Beynəlxalq bankın Dubay filialının keçmiş müdiri, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun (Qara Polkovnik) oğlu Adil Hüseynov barəsində seçilən həbs qətimkan tədbirini polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə əvəz edilib.



Adları külli miqdarda vəsaitin mənimsənilməsində hallanan və barələrində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılan şəxslərin hay-küylü şəkildə həbs olunmasının ardından çox rahat şəkildə azadlığa çıxması beyinlərdə bəzi haqlı suallar doğurur.



Məsələ burasındadır ki, cüzi miqdarda mənimsəməyə görə, illərdir məhbəs həyatı yaşayan şəxslər varkən, böyük vəsaitləri mənimsəyənlər əlini-qolunu sallayaraq azadlığa çıxır. Bu azad olunmaların fonunda Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin də tezliklə həbsdən çıxacağı istisna edilmir.



"Qafqazinfo" xəbər verir ki, məsələ ilə hüquqşünas-vəkil Cavad Cavadov öz fikirlərini Modern.azsaytı ilə bölüşüb.

C.Cavadov hesab edir ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı tutulanların əksəriyyətinin əməlində onlara elan olunmuş Cinayət Məcəlləsinin 178.3.2 maddəsi, yəni dələduzluq cinayətinin tərkibi yoxdur:



“Dələduzluq, etibardan sui-istifadə etməklə özgənin əmlak və əmlak hüquqlarının əvəzsiz olaraq ələ keçirilməsini ehtiva edir. Götürülən kredit məbləğlərinin əksəriyyəti daşınar-daşınmaz əmlaklarla ipoteka müqaviləsi (kredit müqavilələr) ilə təmin edilib. Müqavilələrin əksəriyyəti üzrə müəyyən ödənişlər olub və mövcud vəziyyətdə əmlakın əvəzsiz, dələduzluq yolu ələ keçirilməsi imkanı istisna olunur”.



Ekspert bildirib ki, bank ödəniş olmadığı təqdirdə bununla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməli idi:



“Bu səbəbdən şərti olaraq "kredit cinayət işi" adlandırılan bu işin obyektiv məhkəmə olacağı təqdirdə hüquqi perspektivini görmürəm”.



Ekspert həmçinin, yekunda ədalətli qərar veriləcəyinin inandırıcı görünmədiyini deyib:



“Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyevin məsuliyyəti ilə bağlı qeyd edim ki, Azərbaycan Beynəlxalq Bank dövlətin mülkiyyətində olan bankdır və onun Müşahidə Şurasının sədriMaliyyə Nazirliyinin vəzifəli şəxsləridir.



Bu səbəbdən onun milyonlarla məbləğdə kredit müqavilələrinə təkbaşına sərəncam verməsi inandırıcı deyil. Bu hissəyə istintaqın hüquqi qiymət verməsi həmçinin inandırıcı deyil. Təsadüfi deyil ki, bir ildən çox aparılan istintaqa baxmayaraq hələ bir cinayət işi məhkəməyə göndərilməyib”.



2015-ci ilin may ayında Azərbaycanda bir neçə iş adamı həbs edilib. Onların arasında “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmli, neft oliqarxı, “PNN Group”un təsisçisi, Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azİmport” şirkətinin rəhbəri, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov kimi tanınmış şəxslərin adı var.



Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev də ötən ilin dekabrında həbs edilib. C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.



Mayın 27-də Nərimanov rayon Məhkəməsində keçirilmiş iclasda Cahangir Hacıyev barəsindəki həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.



Beynəlxalq Bankdan götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılan iş adamlarından 43-ü sonradan borcunu qaytardığına görə sərbəst buraxılıb.



Sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edirdi.



Həbs edilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib və onların haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Biznesmenlərdən bəzilərinin həbs müddəti bitdiyi üçün sonradan onların bir neçəsinin dustaqlıq müddəti uzadılıb.


Teqlər:
Bu xəbər cəmi 1635 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR