Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dərs ili formal uzadılıb, müəllimlərə tədris proqramı verilməyib

Dərs ili formal uzadılıb, müəllimlərə tədris proqramı verilməyib


Təhsil eksperti: “Əlaqədar qurumlar düşünməlidir ki, petisiya məsələsi çox ciddidir”



Dərs ilinin iyunun 15-dək uzadılması məsələsinə saytlarda, sosial şəbəkələrdə valideynlərin, müəllimlərin və şagirdlərin narazılığı səngimir. Bəzi saytlar 7 min, bəziləri 8 min narazı şəxsn petisiya imzalayıb təhsil nazirinə, baş nazirə, ölkə başçısına göndərməsi barədə məlumatlar yayıb.

Petisiyanı imzalayan etirazçılar dərslərin mayın 25-də başa çatıb, senytabrın 1-də başlaması ilə əlaqədar müraciət ediblər.



Müəllimlər də, şagirdlər də, valideynlər də narazıdır



Müəllimlərin narazılığnın səbəbi əsasən dərslərin 2 həftə uzadılması ilə bağlı onlara tədris proqramının verilməməsilə bağlıdır. Bəzi şagirdlər bildirir ki, dərslərin iyunun 15-dək uzadılmasına baxmayaraq onlara təhsil aldıqları məktəbdən bildirilib ki, növbəti həfətədən kitablar toplanacaq və dərslər keçilməyəcək. Qeyri-ənənəvi dərs vaxtından narazılıq edən valideynlər də deyirlər ki, tədris ilinin yekununa hazırlaşan övladları dərslərə həvəssiz, əzgin halda gedirlər.

Bir sözlə, dərs vaxtının uzadılması formal xarakter daşıyır və bundan təhsil ictimaiyyəti faydalana bilməyib. Hətta dərslərin iyun ayının 15-dək uzaldılmasını və sentyabrın 15-də başlaması qərarını millət vəkili Fazil Mustafa son illərdə qəbul olunan ən absurd qərarlar adlandırıb.



“Formula 1”-in təsiri...



Redaksiyaya daxil olan məlumata görə, Azərbaycanda keçirilən “Formula-1” beynəlxalq yarşları ilə əlaqədar bu il bəzi yüksək vəzifəli məmurlar məzuniyyətə iyunun 1-dən deyil, 15-dən buraxılacaq. Həmin yüksək çinlilər isə dərs vaxtının iyunun 15-dək uzadılması üçün əlaqədar qurumlara təsir göstəriblər.



Anomaliyanın başlanğıcını Misir Mərdanov qoyub



Təhsil eksperti Nadir İsrafilovun Hurriyyet.org-a (Hurriyyet.az, Hurriyyet.tv) verdiyi məlumata görə, təhsildə yaranan problemlərin dərinləşməsinə dərslərin sentyabrın 1-dən başlaması ənənəsinin aradan qaldırılması ciddi təsir edib. Bununla əlaqədar son illər təhsil ekspertlərinin, o cümlədən də onun mətbuatda səsləndirdiyi fikirlər effekt doğurmağa başlayır. Çünki təhsil ictimaiyyətinin əksər nümayəndələri, həmçinin petisiya iştirakçıları bilik gününün sentybarın 1-ə bərpa olunmasını tələb edirlər: “1999-2000-ci tədris ilində sentyabr ayı havalar əvvəlki illərdən isti keçdi. O zaman təhsil naziri Misir Mərdanov dərslərin sentyabrın 15-dən başlanmasına qərar verildi. 2004-cü ildən bu məsələ tam rəsmiləşdirldi. Və bu anomaliya o vaxtdan indiyədək davam edir”.



Məmurların xaricdə istirahət sevdasına görə...



Hazırda dərslərin sentybarın 1-ə keçirilməsi ilə isə yüksək çinli məmurlar razılaşmaq istəmir. Çünki hər il yay aylarında ailə üzvlərilə birgə xaricdə bahalı istirahət zonalarına üz tutan milyarder məmurlar üçün dərslərin sentyabrın 15-də başlaması daha əlverişlidir.



Təris həftəsinin 32 həftədən 35 həftəyədək uzadılması qərarı



Qeyd edək ki, hələ ötən il Təhsil Nazirliyi Azərbaycanda tədris həftəsinin orta göstəricisinin 32 həftə olması və bunun 35 həftəyədək artırılması ilə əlaqədar Nazirlər Kabinetinə təklif göndərmişdi və bu təklif qəbul olunmuşdu.

Səbəb də göstərilirdi ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə il ərzində tədris həftəsinin orta göstəricisi 38 həftə olduğuna görə, Azərbaycanda da bu rəqəmə yaxınlaşması münasib hesab edilib. Nazirlik rəsmilərinin fikirncə, bu da şagirdlərin həftəlik təlim yükünün xeyli yüngülləşilməsinə səbəb olacaq.

Nazirlik rəsmisi Cəsarət Valehovun sözlərinə görə, dünya təcrübəsinə uyğunlaşma məktəblərdə təlim keyfiyyətinin yüksəlməsinə də müsbət təsir göstərəcək. O, hesab edir ki, 105 günlük yay tətilini şagirdlər səmərəli keçirmir, mayın sonundan sentyabrın 15-dək Azərbaycanın ümumi orta təhsil müəssisələrinin şagirdlərdə sanki tətil boşluğu yaşanır. Ona görə də nazirlik daha çox dərs ilinin sentyabrın 1-dən başlanması yox, iyunun 15-də başa çatması və aradakı tətil günlərinin qısaldılması hesabına tədris ilinin uzadılması fikri üzərində dayanıb.



Bu tədris ilində tətillər qısaldıldı



Ona görə də bu tədris ilində şagirlərin tətil günlərində qısaldıldı. Payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edildi.

Nadir İsrafilovun sözlərinə görə, tədris həftəsi ilə bağlı məsələ aktuallaşanda bu, həmin vaxt təhsil ictimaiyyətində, mətbuatda, sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilmişdi: “Sovet dövründə də təhsil ili 35 həftə olub. Amma müstəqil olduqdan sonra dərs günləri 6 günlükdən 5 günlüyə keçildi və bayram günlərinin sayının artırılması məktəblilərər də şamil edildi, dərs həftəsi 32-ə endirldi. Amma proqram materialları 32 həftəyə sığmadı”.

Dərs ili formal uzadılıb, müəllimlərə tədris proqramı verilməyib

5 günlük dərs həftəsidir deyə, məktəbin qapısı qıfıllanmalı deyil



Dünyanın əksər ölkələrində 6 günlük dərs həftəsinin olduğunu vurğulayan ekspertin sözlərinə görə, 5 günlük dərs həftəsi olan ölkələrdə belə məktəbin qapısına qıfıl vurulmur, sadəcə, 6-cı gün dərs cədvəlləri nəzərdən keçilir, aığr, fənlər, yüngül fənlər tənzimlənir, təhsilə dair və sair işlər görülür: “Bizdə isə məktəbin qapısı qıfıllanır. Həm də “birinci günün ağır gün olması” artıq bütün dünyada qəbul olunub. Çünki şagird də, müəllim də istirahətdən qayıdır və dərs qrafikinə adatasiya vaxt tələb edir. O ki ola şagird 2 gün evdə qalıb, təhsilinə ara verə. Onun adaptasiyasına əlavə 2 gün lazım olur, həm də bu məsafə onu təhsilindən uzaq salır. 2 gün fasilə öyrəndiklərini unutdurur. Halbuki 6-cı gün onun aldığı biliyi, öyrəndiklərini möhkəmləndirmək üçündür”.



Psixoloji hazırlıq...



Nadir İsrafilov da hesab edir ki, dərs ilini iyunun 15-dək uzatmaqdansa, sentyabrın 1-dən dərslərin başlaması daha münasibdir: “Bir məsələ də var ki, havalar istiləşməyə doğru getdiyindən şagirdlər adətən tədris ilinin sonunda yorğun olurlar və həm fizki, həm psixoloji baxımdan təhsilə maraq göstərmirlər. Amma sentyabrda psixoloji olaraq şüurlarda belə fikir formalaşır ki, havalar tədricən sərinləşməyə doğru gedir və həm də şagirdlər istirahətdən qayıtmış olurlar”.



Təhsil təkcə dövlətə aid olmadığı üçün, ictimai fikir nəzərə alınmalıdır



Ənənəvi olaraq ekspert yenə dedi ki, Azərbaycanda təhsilin eksperiment meydanına çevrilməsi acı nəticələrə gətirib çıxaracaq. Onun fikrincə, ictimai fikiri nəzərə almadan verilən bu qərar ləğv ediləcək: “Dərs müddəti uzadılıb, amma bu tədris planında nəzərə alınmayıb. Həm də dərs müddətini uzatmaq tədrisin keyfiyyətində əsas hesab edilə bilməz. Digər tərəfdən proqram materiallarında lazımsız, yersiz olanları var, bu materialları çıxarmaqla dərs proqramlarını yüngülləşdirmək olar.Təhsil ümumdövlət, ümumxalq, ümumilli məsələdir. Təkcə dövlətin işi deyil. Ona görə də xalqın sözünü, ictimai rəyi nəzərə almaq lazımdır. Ölkəmizdə elə bir ailə yoxdur ki, təhsillə birbaşa, yaxud bilavasitə əlaqəsi olmasın. Təhsil sahəsində xeyli təcrübəm olmasına baxmayaraq, hələ indiyədək təhsillə bağlı belə petisiya imzalanmasının şahidi olmamışam. Deməli, məsələ çox ciddidir və bu əlaqədar qurumları düşündürməlidir”. 


Teqlər:
Bu xəbər cəmi 1170 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR