Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Lütfi Zadədən təşəkkür

Lütfi Zadədən təşəkkür


Dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın (Kaliforniya ştatı) Berkli Universitetinin professoru, Soft Computing İnstitutunun direktoru Lütfi Zadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) məktub ünvanlayıb.



Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, məktubda bu ilin 22-25 may tarixlərində Kaliforniyada keçirilən və dünyanın müxtəlif ölkələrinin alimlərini bir araya gətirən “WCONSC 2016 : World Conference on Soft Computing” adlı beynəlxalq konfransa verdiyi dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıq ifadə olunur.



Lütfi Zadə qeyd edib ki, kommunikasiya və yüksək texnologiyalar müasir cəmiyyətin mühüm hissəsini təşkil edir və bu texnologiyalarla ayaqlaşmaq Azərbaycan üçün olduqca vacibdir: “Bilirəm ki, bu sahəni yüksək prioritet təyin etməklə, siz Azərbaycanı regionda rabitə və yüksək texnologiyalar sahəsində təhsil və elmi tədqiqatlar fəaliyyəti üçün mərkəzə çevirəcəksiniz. Konfransa verdiyiniz dəstəyə görə bir daha təşəkkürümü bildirirəm”.

Alim, eyni zamanda yumşaq hesablamalara (Soft computing) aid konfransa əvvəlki illərdə olduğu kimi, gələcəkdə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək veriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Ümumiyyətlə, “World Conference on Soft Computing” adı altında təşkil edilən beynəlxalq konfrans süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin elmi tədqiqatlarına həsr olunur.



2011-ci ildən keçirilən konfransı Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi maliyyələşdirir. Konfransın mövzularına qeyri-səlis çoxluqlar, qeyri-səlis riyaziyyat, qeyri-səlis məntiq, qeyri-səlis ədədlər, qeyri-səlis sistemlərin neyro-qeyri-səlis modeli, qeyri-səlis nəzəriyyənin sənaye tətbiqləri, qeyri-səlis öyrənmə, hüquq-məhkəmədə qeyri-səlis məntiq, qeyri-səlis reqressiya, yumşaq hesablamalar nəzəriyyəsi və s. daxildir.


Teqlər:
Bu xəbər cəmi 940 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR