Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Müharibəyə getmədiyi üçün həbs olunan - Əfsanə

Müharibəyə getmədiyi üçün həbs olunan - Əfsanə


Xəbər verdiyimiz kimi, dünya boksunun əfsanəsi Məhəmməd Əli dünən vəfat edib. "Qafqazinfo" boks dünyasının bütün dövrlərinin ən yaxşısı olmuş idmançı haqqında maraqlı faktları sizə təqdim edir:



Müsəlman olmamışdan öncə adı Kassius Marsellus Klay olan Məhəmməd Əli 17 yanvar 1942-ci ildəABŞ-ın Arizona ştatının Luisvill vilayətində dünyaya gəlib. O, 12 yaşında boksla tanış olur və bu idman növünə onda maraq oyanır.



Qısa zaman içində həvəskar çempionatlarda qey  diyyata düşür. 1960-cı ildə isə Roma şəhərində ağır çəkidə qızıl medal qazanara peşəkar liqaya gəlir. 18 yaşında Roma Olimpiadasında qızıl medal qazanır və bu ona məşhurluq gətirir.





1964-cü ildə 22 yaşında olarkən məşhur boksçu Sonni Listonu məğlub edərək dünya çempionu olur. Bu zəfərdən sonra o, dinini dəyişir və müsəlman olur. Özü üçün Məhəmməd Əli adını seçir və 1967-ci ildən 1970-ci ilə qədər boksa ara verir. "Vyetnamlılar mənə heç bir pislik etmədilər ki, onlarla müharibə edəm" deyərək ABŞ-ın Vyetnama elan etdiyi müharibəyə qatılmır. Buna görə o, 5 il həbs alır və 10 min dollar cərimə ödəyir. Bununla kifayətlənməyən ABŞ hökuməti onun döyüşlər üçün lisenziyasının və pasportunu əlindən alır. Vəziyyətə getdikcə çətinləşən Məhəmməd Əli maddi çətinliklər yaşayır və iflas etdiyini bildirir. Ailəsinin köməyi və universitetlərdə natiq kimi çıxış edərək dolanışığını təmin edir. 1970-ci ildə apellyasiya şikayətini qazanır və boksa qayıdır. 1 il sonra Joe Frayzer ilə "əsrin matçın"a çıxır. Bu görüşdə məğlub olan Məhəmməd Əli peşəkar karyerasında ilk dəfə uduzur. Mütəxəssislər onun 3 il yarım aradan sonra belə ağır görüşdə məğlub olmasını normal sayırlar.





Boksa olan sevgisindən məşqlərə ara verməyən əfsanə yenidən çempion olmaq üçün çalışır. Lakin o. növbəti görüşündə Ken Nortona uduzur. Bununla da yaxınlar Məhəmməd Əlinin artıq karyerasını bitirdiyini düşünür. Lakin idmançı həvəsdən düşmür və 1 il sonra bütün rəqiblərini bir-bir sıradan çıxarır. Ken Nortondan da qisasını alır.



1973-cü ildə isə Joe Frayzeri məğlub edərək həllediic döyüşə vəsiqə qazanan Corc Foremanla qarşılaşır. 8-ci raundda rəqibini nakauta salan Məhəmməd Əli yenidən dünya çempionu titulunu qazanır. Bununla da o, Floyd Pettersondan sonra bu titulu təkrar qazanan ikinci idmançı olur.



Ardından 1978-ci ildə Leon Spinksə uduzur. Lakin revanş görüşündə onu məğlub edərək dünya çempionu titulunu 3-cü dəfə alan ilk idmançı kimi tarixə düşür.







1984-cü ildə Parkinson xəstəliyinə tutulmağına baxmayaraq bunu hamıdan gizlədir. Pul qarşılığında daha 2 matça çıxır. Larri Holmes və Trevor Berbiklə qarşılaşan Əli bu görüşlərin ikisində də uduzur. Maraqlıdır ki, onu udan hər iki rəqib sonradan dünya çempionu olur.



Karyerası ərzində cəmi 5 dəfə uduzan Məhəmməd Əli karyerasında 37-si nakautla olmaqla 56 matç qazanıb. Bunların hamısını 36 yaşına qədər bacarıb.



Onun boksçu olmasından əlavə insanlığı da diqqət çəkir. 1960-cı ildə Roma Olimpiya Oyunlarında qızıl medal qazandıqdan sonra Atalanta şəhərinə gəlir. Həmin şəhərin restoranlarında yalnız ağdərililərə xidmət olunduğunu eşidir və medalını çaya atır. 1996-cı ildə Atalanta da keçirilən Yay Olimpiya Oyunlarında ona çaya atdığı medalın yerinə başqası verilir.





Onun həyatı haqqında 2001-ci ildə "Hollivud" ulduzlarının iştirakı ilə film çəkilir. Məhəmməd Əli rolunu Vill Smit canlandırır.



Parkinson xəstəliyi səbəbi ilə uzun müddət Miçiqandakı bağ evində gözlərdən uzaq tək yaşamağı seçir.



2001-ci il 11 sentyabr hadisələrində insanlara dəstək olmağa çalışır və hadisə haqqında bunları deyir: "Məni incidən belə hadisələr İslamın adının bulaşdırılmasıdır. İslam qatil dini deyil, İslam barış deməkdir. Evdə oturub müsəlmanların əzilməsinə tamaşa edə bilmərəm".




Teqlər:
Bu xəbər cəmi 1170 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR