Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Bir cümlədə dörd yalan danışan prezident görməmişəm”

“Bir cümlədə dörd yalan danışan prezident görməmişəm”


“Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Qarabağ tarixi torpaqlarımızdır, ermənilər 19-cu əsrin sonlarında Qarabağa, digər Azərbaycan torpaqlarına Şərqi Anadoludan, İrandan köçürülüb. Hətta Qarabağda ermənilərin köçürülməsinin 150 illiyi ilə bağlı abidə vardı.Ermənistan ərazisi də tarixi Azərbaycan torpağıdır, toponimləri sonradan dəyişdirdilər”.



Yenimeydan.info  APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham ƏliyevBakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında deyib.



Dövlət başçısı bildirib ki, xaricdə hələ də çoxları Qarabağın Azərbaycan torpağı olduğunu bilmir: “Biz bu istiqamətdə iş aparırıq, həqiqətlərimizi çatdırırıq. Diaspor təşkilatlarımız da internet saytları açmalı, qəzetlər dərc etməlidirlər. İnformasiya əsrində yaşayırıq. Bunu erməni diasporu edir, səfilErmənistan dövləti bunu edə bilməz, çünki heç öz büdcəsi üçün pul tapa bilmir. Azərbaycan dövləti isə diaspor təşkilatlarına bu məsələdə kömək edə bilər. Yeri gəlmişkən, Ermənistan aprel döyüşləri barədə yalan məlumatları dünyaya ötürməyə nə qədər çalışsa da, buna nail ola bilməyib. Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini ermənilərin qələbəsi kimi qələbə verməyə çalışdılar. Ancaq onlar da bacarmadılar. Hamı bilir ki, aprel döyüşlərində nə baş verib və nəticəsi nədir”.



Prezident İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi xalqını və dünya ictimaiyyətini aldatmağa çalışır: “Gah dedilər ki, heç bir torpaq itirməyiblər, guya qələbə qazanıblar, sonra da dedilər ki, torpaq itiriblər, ancaq əhəmiyyətsiz ərazilərdir. Sonra da dedilər ki, Azərbaycan alınmış torpaqları qaytarmalıdır. Gülünc vəziyyətə düşüblər. Gülünclüyün son ifadəsi isə Ermənistan prezidenti Serj Sərkisyanın Avrasiya İttifaqının sammitində çıxışı zamanı oldu. Serj Sərkisyan dedi ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmaq barədə xahiş edib. Yalandır. Birincisi, aprel döyüşlərinin səbəbkarı Ermənistandır. "Status-kvo"nu saxlamaq istəyir, təxribatlara əl atır.Ermənistan Qarabağda, o cümlədən Qazax istiqamətində təxribatlar törədib. Ermənistan 1 il əvvəl də təxribata əl atmışdı, buna görə bir vertolyotlarını itirdilər. Apreldə də Azərbaycan ordusu layiqli cavab verdi, onları yerinə oturdu.



İkincisi, təmas xəttində nəzarəti necə ələ alıblar ki, özləri 800 hektar ərazini itirdiklərini bildirirlər? Halbuki 800 hektar yox, 2000 hektardan çox ərazi azad edilib, bundan böyük ərazi Azərbaycan ordusunun nəzarəti altına keçib.



Üçüncü yalan odur ki, Dağlıq Qarabağ ordusu yoxdur. Qarabağda erməni silahlı birləşmələrində xidmət edənlərin 80 faizi Ermənistan vətəndaşıdır.



Dördüncü yalan odur ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmağı xahiş edib. Bu, ağ yalandan başqa bir şey deyil. Azərbaycan Rusiyadan heç bir xahiş etməyib. Azərbaycan ordusu əks-həmlə ilə torpaqlarımızı azad edib, Ermənistan da itirilmiş torpaqları 2-3 gün ərzində azad etməyə çalışıb. Sonra isə Ermənistan Rusiyaya xahişlə müraciət edib. Rusiya Baş Qərargahı bildirdi ki,Ermənistan döyüşlərin dayandırılmasını xahiş edir.



Mən bir cümlədə dörd yalan danışan prezident görməmişəm, Ermənistan prezidenti bu baxımdan mənfi mənada Ginnesin Rekordlar kitabına düşəcək. Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini bir daha göstərdi”.


Teqlər:
Bu xəbər cəmi 1005 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR