Bakıda “dayanma-durma”, “parklanma” tələblərinin pozulması ilə əlaqədar olaraq may ayında yol polisi tərəfindən 27500-dən artıq protokol tərtib olunub”.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
O bildirib ki, reydlər “Neftçilər”, “Xalqlar Dostluğu”, “Koroğlu”, “Qara Qarayev”, “Nizami”, “İnşaatçılar” və “20 Yanvar” metrostansiyalarının yaxınlığında, əhalinin sıx olduğu giriş-çıxış istiqamətində keçirilib.
Onun sözlərinə görə, tərtib olunan protokollar sırasında əsasən taksi fəaliyyəti ilə məşğul olan sürücülər çoxluq təşkil edir: “İnzibati protokolları araşdırarkən məlum olub ki, 460 sürücü eyni xətaya görə müxtəlif vaxtlarda növbəti məsuliyyətə cəlb olunub, 96 nəfər eyni əmələ görə 4 dəfə inzibati xəta törədib, 170 avtobus sürücüsü isə qanunun tələblərini pozub”.