İşğal altında olan Füzuli rayonunun şok görüntüləri yayılıb. “Yenimeydan.info” mia.az-a istinadən xəbər verir ki, 15 gün əvvəl Füzuli rayonunun mərkəzindən çəkilən dəhşətli fotolar çəkilib. Fotolardan rayon mərkəzindən heç bir əsər-əlamətin qalmadığı bəlli olur.
Fotolardan aydın görünür ki, Füzuli rayonundakı bütün daşınmaz əmlaklar erməni vandalları tərəfindən talan edilib, şəhər sözün həqiqi mənasında xarabalığı xatırladır. Təqdim edəcəyimiz bir qisim şəkillərdən də bunu görəcəksiniz.
Rayon sakinlərinin xəyal etdikləri məktəblər, parklar, xəstəxanalar, yollar, evlər və sair məkanlar, acı da olsa, ermənilər tərəfindən xaraba gününə qoyulub. Talan edilən daşınmaz əmıakların bir hissəsiinin işğal olunmuş bölgələrə, bir hissəsinin Ermənistana, bir hissəsinin isə İrana satılmasına dair bu günə qədər xeyli təkzibolumaz informasiyalar da var. Ermənilərin Füzulidəki vandallıqları ilə tanış olun: