Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Almaniyanın bu addımı heç cür qəbul oluna bilməz" - YAP rəsmisi


“Almaniya I Dünya Müharibəsində Osmanlı ilə müttəfiq olub. Qondarma “erməni soyqırımı”nı tanıyanda heç olmasa, bundan utanaydılar”.



Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş NovruzovAlmaniya parlamentinin uydurma “erməni soyqırımı”nı tanımasına münasibət bildirərkən deyib.



O bildirib ki, Almaniya bundestaqının qaçqınlar, dondurulmuş münaqişələr haqqında qanun qəbul etmək əvəzinə, qondarma “soyqırımı” tanıması absurddur: “Təəccüblüdür ki, dünyada böyük hadisələrin getdiyi vaxtda Almaniya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyır. Əgər Almaniya parlamenti qaçqınlar, miqrantlar, dondurulmuş münaqişələr haqqında qanun qəbul etsəydi, bunu başa düşmək olardı. Digər tərəfdən, Avropa bütövlükdə həm Afrikadan, həm Ərəbistan yarımadasında köç edən 150 min qaçqına sahib dura bilmədiyi halda, Türkiyə bu gün 3 milyon qaçqını qəbul edib. Budur, Türkiyənin humanistliyi. Onlar isə qaçqınların qarşısına tikanlı məftillər çəkirlər, insani normalara sığmayan vəziyyətdə saxlayırlar. Bununla məşğul olmaq lazımdır. Başqa-başqa adlar altında bəzi ölkələri viran qoydular, qarşıdurma yaratdılar. İŞİD-ə qarşı Almaniya hansı addımı atıb? Bundan danışsınlar. Yoxsa 100 il əvvəl nəsə baş verib, bir erməninin başına daş dəyib, bunu müzakirəyə çıxarmaq, doğurdan da ədalətsizlikdir. Bu, həm beynəlxalq hüquqa, həm ədalətə, həm də haqqa ziddir. Bu baxımdan, Almaniyanın bu addımı heç cür qəbul oluna bilməz. Guya, Türkiyədə erməni öldürülüb. Əksinə, ermənilər türklərə qarşı daim soyqırımı törədiblər”.



S. Novruzov qeyd edib ki, ermənilərin törətdiyi Xocalı soyqırımı faktlarla sübuta yetirilsə də, Almaniya bunu tanımır.



Millət vəkili Azərbaycan və Türkiyənin bu qərara qarşı birgə mübarizə aparmalı olduğunu da vurğulayıb.


Teqlər:
Bu xəbər cəmi 1580 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR