Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu ay bizi nə gözləyir? - İqtisadi proqnoz

Bu ay bizi nə gözləyir? - İqtisadi proqnoz


İqtisadçı ekspert Natiq Cəfərli iyun ayında dünya iqtisadiyyatına təsir edəcək bir neçə hadisədən yazıb.



Yenimeydan.info” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, iyun ayı dünya iqtisadiyyatına, o cümlədən bizim primitiv, bir borudan asılı qalan iqtisadiyyatımıza təsir edəcək çoxlu sayda hadisələrlə zəngin olacaq:



“Sabah OPEC təşkilatının növbəti toplantısı olacaq. Açığı, bazar iştirakçıları ciddi qərarların verilməsini gözləmirlər, yəni, nə hasilatın azaldılması, nə də dondurulması ilə bağlı qərar çıxmayacaq. Tam tərsinə, İran, İraq və Liviya öz hasilat kvotalarının artırılmasının gündəmə gəlməsi gözlənilir. Əsas da İran bu təkliflə çıxış edəcək, çünki, 2011-ci ildə sanksiyalar tətbiq ediləndə İranın kvotası digər ölkələr arasında bölünmüşdü, indi də İran öz bazar payını bərpa etməyi düşünür və bunun üçün də ona məxsus kvotanın bərpa edilməsini tələb edir. Gözləntilərimə görə, OPEC toplantısında kvotaların artırılması qərarı qəbul edilə bilər ki, bu da neft bazarının korreksiyasına səbəb ola bilər”.



Ekspert həmçinin bu həftə Avropa Mərkəzi Bankının da toplantısının keçiriləcəyini qeyd edib: ““Super Marionun” (AMB rəhbəri Mario Dragi) kəskin qərarlar verməsi gözlənilmir, ən yaxşı halda bu günə qədər alınmış qərarlar qüvvədə qalacaq. Bazarlar Draginin mətbuat konfransında deyəcəyi cümlələrə, səs tonuna, vurğularına köklənəcək.



İyun ayının 14-15-də isə ABŞ-da FED toplantısı olacaq, bütün dünyanın maraqla gözlədiyi hadisə, məhz budur. Çox güman, FED uçot dərəcəsini 0,25% artıracaq, bu baş verərsə dünyada dolar indeksi yüksələcək, dolların digər valyutalara nisbətən bahalaşmasını görəcəyik.



“Baha dollar – ucuz əmtəə” formulu da işə düşəcək, qızıldan, əlvan və sənaye metallarından tutmuş, neftə qədər qiymətlərdə korreksiya, ucuzlaşma müşahidə ediləcək. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bu yaxınlarda dedi ki, FED qərarının bizə heç bir təsiri yoxdur, manata əsas neft qiymətləri və qonşu ölkələrin valyutalarının məzənnələrinin ucuzlaşması təsir göstərir. Elman müəllimin qəribə məntiqinin olması artıq heç kəsə sirr deyil. Yaxşı, tutalım, FED qərarı manata təsir göstərməyəcək, amma qonşu ölkələrdə məzənnənin və neft qiymətlərinin ucuzlaşması təsir göstərəcəksə, FED uçot dərəcəsini artırsa, qonşu ölkələrdə dollar bahalaşacaq, neft də ucuzlaşacaq. Yəni, “Keçəl Həsən – Həsən Keçəl”, nə fərqi var ki?! Başqa sözlə, əgər FED qərarı neftə, qonşu ölkələrə təsir edəcəksə və bu da manatın məzənnəsində öz əksini tapacaqsa, “FED-in bizə aidiyyatı yoxdur”, demək nəyin-nəsidir?!”.


Teqlər:
Bu xəbər cəmi 1210 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR