Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu şagirdlər məktəbə oxumaq üçün yox ...

Bu şagirdlər məktəbə oxumaq üçün yox ...


“Oğlum ikinci sinifdə oxuyur.  Demək olar ki, iki ildir onunla barəbər mən də məktəbə gedirəm. Çantası o qədər ağır olur ki, onu tək aparması mümkün deyil. Hər il kitabların sayı bir az da artır. Üstəlik, kitabdan əlavə materiallar da olur. Deyəsən, 11 il mən də hər gün məktəbə getməli olacam” . Müsahibim Sahilə Səfərova kimi  milyonlarla valideyn eyni problemi yaşayır. Artıq çantanı məktəbə valideynin aparıb gətirməsi adət halını alıb.

Bunun əsas səbəbi isə çantaların şagirdlərin çəkisindən ağır olmasıdır. Amma deyəsən, aşağı siniflərdə çantanı valideynin aparıb-gətirməsi, şagirdlərdə çantaya qarşı biganə münasibət yaradır. Belə ki, yuxarı siniflərdə məktəbə çantasız getmək kimi bir vərdiş formalaşıb.

Publika.Az-ın “Gələcəmizi necə xilas edək?” layihəsində məktəblilərin çanta problemini araşdıracağıq.



Valideynlərin narahatlığı əbəs yerə deyil. Küçədə çiynində çantası olan məktəblilərə diqqət edin. Qaşırlaşdığınız məktəblilərin demək olar ki, heç biri düz yerimir. Çiyinlərindən asdıqları çanta onları yerə doğru çəkir. Hər gün ən azı 5 dərs, onların dəftərləri, əlavə materiallar-məktəblinin çantasının təxminən 3-4 kilo olması deməkdir. 6-7 yaşlı şagirdin çiyinlərinə bu ağırlığı isə yükləmək,  ilk növbədə sağlamlıqlarına təhdiddir.



Həkim nevropatoloq Müzəffər Ətai məktəbli çantaların uşağın boyu və çəkisinə uyğun olmasını vacib şərt olduğunu bildirdi:

“Boy, çəki nə qədər azdırsa, çanta da o qədər kiçik olmalıdır. Valideyn diqqət etməlidir ki, uşağın  bir tərəfi, digərinə nisbətən aşağı  durmasın. Uzun müddət  çantanı eyni tərəfdə tutmaq, skalyoz(onurğa əyriliyi) əmələ gələcək. Valideyn uşaqda vərdiş yaratmalıdır ki, çantanı növbəli şəkildə sağ və sol tərəfdə götürsün. Çünki uşaq orqanizmi daim inkişafdadır. Çantanı daim eyni istiqamətdə götürsə, digər tərəfdə əzələlər inkişafdan qalacaq. Bir istiqamətli inkişaf xarici görünüşdə özünün göstərir, sümük-oynaq sisteminə təsir edir.

 Bu vərdişdən  kompensator skalyoz yaranır. Şagirddə yaranan bu əyriliyi düzəltmək üçün  çantanı bir müddət istifadə olunmayan tərəfdə saxlamaq lazımdır. Əlbəttə, bunun üçün sümükdə mikroelementlərin normal olması vacib şərtdir. Normal deyilsə, ailə , həkimə müraciət edib, müalicəyə başlanmalıdır”.

Həkimin sözlərinə görə, çantanın iki qulplu olması müsbət hal olsa da, yenə diqqətli olmaq lazımdır.

“Çantanın iki qulplu olmasını əsas  tutaraq çəkini artırmaq olmaz. Çünki bu zaman ağırlıq birbaşa onurğanın üzərinə, boyun və döş qəfəsi əzələlərinə təsir edir. Onlar gərgin vəziyyətdə qalır, bu da əzələdə  mozit xəstələyinə səbəb olur.



Bundan başqa, yaxşı olar ki,  çantaların qulplarının uzunluğu da uşaqların boy və çəkisinə uyğun seçilsin.  Ən yaxşısı isə çanta seçərkən pediatra müraciət etsinlər. Çəki boy artdıqca çantanın çəkisi arta bilər, amma bu zamanda həddən artıq yükləmək olmaz”.



Çantanı necə tutaq

Araşdırmalara görə, çantalar və içindəki ağırlıqla birlikdə çəkisi uşağın ağırlığının 10%-dən az olmalıdır.Ağırlıq bərabər paylanmalıdır. Daha ağır əşyalar belə yaxın ciblərə qoyulmalıdır. Bel çantası ilə uzun müddət ayaq üstə dayanmaq olmaz. Bel çantaları hər iki qulpu da istifadə edilməlidir. Çanta belin 5 sm yuxarısında durmalıdır.

Ən yaxşısı isə valideyn və məktəbin razılığa gələrək yalnız ən vacib kitabları gətirilməsi müəyyənləşdirilməlidir. Yaxud məktəbdə hər bir şagird üçün şkaf ayrılmalıdır ki, evə aparmağa ehtiyac olmayan kitablar orada saxlansın.



Məktəblilərin kəşfi

Azərbaycanda isə məktəblilər ağır çantalardan xilasın daha asan  həllini tapıblar. Belə ki, 8-ci sinifdən başlayaraq məktəbə çantasız gəlməklə problemi həll ediblər. Xüsusən də oğlanlar arasında bu məsələ adət halını alıb.  Hələ təhsil sistemində məktəbə kitabsız gəlmək üçün addımlar atılmadığına görə, deməli, həmin şagirdlər məktəbə dərs oxumaq yox, gün keçirmək üçün gəlir.

  Məsələ ilə əlaqədar söhbət etdiyimiz şagirdlər də məktəbdən sonra hazırlığa getdiklərindən məktəbə əsasən testlərini gətirdiklərini deyirlər. Onlar çanta gətirməmələrinin əsas səbəbi kimi kitabların çox olması ilə əlaqələndirirlər. Şagirdlərin sözlərinə görə, çanta əlavə yükdür.



Onlar məktəbə yalandan gəlir

Şagirdlər çantaların ağırlığını əsas gətirsələr də, müəllimlər məsələyə fərqli yanaşır. 46 nömrəli məktəbin direktor müavini Validə Sarıyeva bu məsələnin onları da narahat etdiyini bildirir:

“Bizim məktəbdə 11-ci sinif şagirdləri məktəbə çanta ilə gəlmir, 10-cu sinif şagirdləri isə hərdən gətirir. Oğlan uşaqlarında bir xəstəlikdir. Hər gün işimizin bir hissəsi məktəbə çanta ilə gəlməklə bağlı danışmaqdır. Şagirdlərdən tələb edirik ki, gündəlikdə olan bütün dərslərin kitablarını gətirsinlər.

Amma hər bir fənn müəllimi tələb etməlidir. Şagirdin məktəbə kitab gətirməməsi, onun yalandan gəlməsini göstərir. Kimin kitab-dəftəri yoxdursa, onlara xəbərdarlıq edilməlidir”.

20 nömrəli məktəbin direktoru Sabir Kamiloğlu isə şagirdlərin çantasız gəlməsinin əsas səbəbkarı kimi valdieynləri görür:

“Təəssüf ki, bu gün 8-11-ci siniflərin valideynləri övladlarına çanta almırlar. İlk növbədə bu, valideynin etinasızlığıdır. Bundan başqa şagird də əlində çanta ilə məktəbə gəlməyi özünə ayıb bilir. Bu, cəmiyyətin məktəbə olan münasibətidir. Amma bu məsələdə həm də müəllimlər məsuliyyət daşıyır.  Şagirdin dərsə yanaşması da müəllimdən asılıdır”.



Kitabların çox olması, çantaların ağırlığına gəldikdə isə, direktor bununla razılaşmadı:

“Aşağı siniflərdə çantaların ağır olması təkcə içindəki kitablardan yox, çantanın hazırlandığı materialdan asılıdır. Bu gün valideynlər daha çox bər-bəzəkli çanta almağa maraq göstərirlər. Məktəblərdə kitabların sayı artmayıb. Şagird bütün kitabları dərsə aparmalıdır. Sadəcə gərək kitabların çəkisi azalsın. Bunun üçün isə yüksək keyfiyyətli kağızdan hazırlanmalıdır”.



Təhsil eksperti Əjdər Ağayevin sözlərinə görə isə, çantaların ağır olması, kitablarla bağlıdır.

“Kitablar yüngül kağızdan  hazırlanmalıdır. Bundan başqa kitabların sayı da çoxdur. Şagirdin evdə və məktəbdə istifadə etdiyi  kitablar bir olmalıdır. Çantanın yüngül olması təlim prosesinin necə qurulması ilə əlaqədardır. Xarici ölkələrdə şagirdlər tapşırıqlarını məktəbdə edir. Evə verilən tapşırıqlar yaradıcı işlər olur. Biz də də bu sistem tətbiq edilməlidir. Burada vahid intizam tələb edilsə, valideynlərin çanta daşımaları problemi həll olar. Bu məsələni isə Təhsil Nazirliyi həll etməlidir. Çünki bu həm də şagirdlərin sağlamlığına da təsir edir. Nazirliyin fiziologiya institutu olmalıdır ki, bu məsələlərə diqqətlə yanaşılsın”.



Ekspert yuxarı siniflərin çantasız gəlməsini isə, onların məktəbə marağının az olması ilə əlaqələndirdi:“Yuxarı sinif şagirdləri məktəbə çantasız gəlməsi adətə çevrilib. Həmin şagirdlər məktəbə ona görə çantasız gəlmirlər ki, hər şeyi orada öyrənirlər, evdə tapşırıq etməyə ehtiyac qalmır. Sadəcə onlar məktəbə vaxt keçirmək üçün gəlirlər. Çünki məktəbdən sonra repititor yanına gedirlər. Bu isə onlarda məktəbdə  lazımı effekt almamalarından gəlir. İstər aşağı, istərsə də yuxarı siniflərdə bu istiqamətdə qayda-qanun yaratmaq mümkündür”.



Gülxar Şərif


Teqlər:
Bu xəbər cəmi 5300 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR