Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şamaxıda pulunu ala bilməyən fəhlələri icra başçısının müavini sürgünlə hədələyir — NARAZILIQ

Şamaxıda pulunu ala bilməyən fəhlələri icra başçısının müavini sürgünlə hədələyir — NARAZILIQ


Şamaxıda bir qrup fəhlə iki aydır əməkhaqqı ala bilmir, üstəlik icra başçısının müavini tərəfindən sürgünlə hədələnir



Bu barədə Ölkə.Az-a "Azərtikintiquraşdırma servis 23" ASC-nin 4 saylı filialında işləyən fəhlələr məlumat veriblər. Həmkarları adından danışan Raqib Ağayev əməkdaşımıza bildirib ki, aprelin 1-dən əmək müqaviləsi bağlanaraq, "Azərtikintiquraşdırma servis 23" ASC-nin 4 saylı filialında işə götürülüblər. Amma indiyə kimi nə əmək müqavilələrinin surətini, nə də maaş kartlarının üzünü görməyiblər:



"İndiyə kimi dəfələrlə tələb etməyimizə baxmayaraq, nə əmək müqaviləmizi, nə də maaş almaq üçün plastik kartımızı verirlər. Şamaxıda Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən Qarabağ əlilləri üçün tikilmiş binanın üz qatının təmiriylə məşğuluq. Dəfələrlə rayon rəhbərliyinə-icra başçısının birinci müavini Qasım Qasımova, müavini Ağamustafa Vahidova, rayon prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinin Şamaxı şöbəsinə, rayonun deputatına müraciət etsək də, müraciətimizə hər hansı formada cavab almamışıq. Üstəlik Ağamustafa Vahidov mənə fəhlələrin yanında dedi ki, səni rayondan sürgün etdirəcəm, pulunu da verməyə qoymayacağam, burada iş tapmayacaqsan.



Sonra başladılar bizi bir-bir işdən çıxarıb, öz qohumlarını yerləşdirməyə. İşə müqavilə ilə 91 nəfər adam götürülüb, amma cəmi 20 nəfər işləyir. Həmin 20 nəfərdən də kim etiraz edirsə, işdən çıxarıb öz qohumlarını iş icraçısı qismində işə götürürlər. Guya həmin adamlar bura Bakıdan iş icraçısı kimi göndəriliblər. Ay qardaş, fəhlənin yerinə iş icraçısı gələr?"



R.Ağayev deyir ki, bir neçə quruma müraciətdən sonra mayın 12-də fəhlələrə müxtəlif məbləğdə pul paylanılıb:



"Gətirib fərdi qaydada birimizə 61 manat, birimizə 51, başqa birinə 70, bir ayrısına 25, o birinə 132 manat pul verdilər. Bilmədik bu avansdır, yoxsa aprel ayının məvacibidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinə üç dəfə müraciət etmişəm. Amma bir nəticəsi yoxdur. Müqavilədə bizim əməkhaqqımız 200 manat göstərilmişdi. Məcbur olub əməyin təhlükəsizliyinə görə Fövqəladə Hallar Nazirliyinə zəng elədim, onlardan da bir xəbər çıxmadı. Onun üstündə bizim 4 saylı filialın direktoru Faiq Şirinov zəng edib yerdəki iş icraçısına deyib ki, o adamı ümumiyyətlə, işə buraxma. Biz heç Faiq Şirinovu görmürük, ayda bir dəfə gəlir, ya gəlmir. Ofisləri Nərimanovda yerləşir".





Digər fəhlə Dadaş Dadaşov isə bildirir ki, məcburiyyətdən özləri həmkarlar təşkilatı yaradıblar.



"Bütün kollektiv narazıdır. Məcburiyyət qarşısında qalıb həmkarlar komitəsi təşkil etmişik. Həmkarlar təşkilatımız adından Prezidentə, Həmkarlar Konfederasiyasının sədrinə müraciət edəcəyik. Amma burada həmkarlar təşkilatının yaradılmasına bəzi vasitələrlə maneçilik törətməyə çalışırlar. Bəzilərini şirnikləndirirlər, bəzilərini təsir altına salmağa çalışırlar".



Fəhlələr tələblərinin nədən ibarət olduğu və atacaqları addım barədə də danışıblar:



"Bizim aprel ayının 1-nə olan işə qəbulumuz haqqında müqavilənin nüsxəsini, maaş kartımızı bizə təqdim etsinlər. Eyni zamanda, təhlükəsizlik vasitələriylə, əmək alətləriylə təmin olunaq. Bütün bunlar olmayacağı halda, qanun çərçivəsində başqa vasitələrə əl atacağıq".



Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.


Teqlər:
Bu xəbər cəmi 1125 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR